Könül Nurullayeva: “Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti regionda sülh və təhlükəsizliyə təhdiddir”

02.09.2020 - 11:05

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni məskunlaşma siyasəti bölgədə sülh və təhlükəsizliyə ciddi təhdiddir. Belə ki, bu günlərdə separatçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq, Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib.

Ümumiyyətlə, son vaxtlar Ermənistan münaqişə ətrafında spekulyasiyaları intensivləşdirib. Elə işğalçı ölkədə hərbi xidmətə çağırışla bağlı qanuna edilən düzəlişlər də “könüllülər” adı altında regiona terrorçu qüvvələrin cəlb edilməsi məqsədi güdür ki, bu da Ermənistanın terrorçu dövlət kimi əsl mahiyyətini ortaya qoyur. Livana gəlincə, məlumdur ki, bu dövlət daim terrorçuların məskunlaşdığı və yetişdirildiyi bir məkan kimi seçilir. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA məhz Livanda yaradılıb. Yəni, erməni terrorunun tarixi ilə Livan arasında bağlılıq var. Bu günlərdə Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış isə Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz köçürülmə prosesini davam etdirmək üçün bir növ bəhanə yaradıb. Ermənistan eyni “fürsət”i Suriya münaqişəsi zamanı da özü üçün yaratmışdı. 2012-ci ildə Ermənistanda Suriya ermənilərinin aqibətinə dair xüsusi canfəşanlıqla toplantılar təşkil olunur, Qarabağ ermənilərinin adından “suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırıq” bəyanatları yayılırdı. 2012-ci ildə erməni mətbuatı separatçı rejimin nümayəndələrindən biri – Suren Xaçatryana istinadən yazırdı ki, Suriyadan 5 erməni ailəsi daimi yaşamaq üçün Laçın rayonuna gəlib, daha 7 ailənin də bura gəlişi gözlənilir.

“2011-ci ildə “Kaşataq”da (Laçın rayonu) cəmi 8500 adam yaşayırdı. Yerli məmurlar rayonda məskunlaşmaq arzusunda olan hər kəslə görüşlərə gedirlər. Məskunlaşanlar üçün evlər tikilir və ya müharibədən sonra boş qalmış evlər təmir edilir. “ Bu fikirlər isə 2013-cü ildə “Times.am” saytında yer alıb.

Həmin illərdə Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi üçün “Yenidən məskunlaşma üzrə İctimai Şura” yaratmaq, suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri də səslənirdi. Hakbuki, Suriya erməniləri israrla “müharibə şəraitində olan Suriyada yaşamaq daha yaxşıdır, nəinki “dinc” Dağlıq Qarabağda” deyərək köçürülmədən imtina etməyə çalışırdılar. Lakin Ermənistan süni köç siyasətini davam etdirirdi.

Hərbi xunta rejiminin terrorçu siyasəti bu gün özünü demokrat adlandıran Paşinyan tərəfindən də davam etdirilir.

Ermənistan uzun illərdir, həyata keçirdiyi süni köçlər vasitəsi ilə bu ərazilərin demoqrafik tərkibini dəyişmək niyyəti güdür. Bu, Ermənistanın növbəti beynəlxalq hüquqa zidd addımıdır – 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokolları ilə ziddiyyət təşkil edir. Odur ki, beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın danışıqların mahiyyətinə zidd və bölgədə sülh və təhlükəsizlik üçün təhdid olan bu cür hərəkətlərinə reaksiya verməlidir. Vasitəçilərin işi yalnız “atəşkəsə riayət edin” çağırışından ibarət olmamalıdır. ATƏT-in faktaraşdırıcı missiyası məsələni araşdırmaq üçün həmin ərazilərə səfərlər təşkil etməli, bu təhlükəli siyasətin qarşısı alınmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153400

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031