Paşinyan “kəfəni” yırtdı – səbəb

04.12.2020 - 10:05

Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib ki, Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb: “Bu, aydın məsələdir və bu iclasda iştirak edən hər kəs belə qərarların verilməsinin məsuliyyətini anlayır. O, öz üzərinə bu məsuliyyəti götürüb. Bizim işimiz indi baş naziri və onun komandasını dəstəkləməkdir ki, dinc yaşayışın təmin olunmasına və qəbul olunmuş qərarların icrasına nail olunsun”.

Bəs V.Putinin bu fikirləri Paşinyanın hakimiyyətinin ömrünün artırılmasıdırmı? Paşinyan gedərsə, Ermənistan bu razılaşmanın bəzi bəndlərini icra etməyəcəkmi? Belə çıxır ki, Paşinyan öz hakimiyyətini uzatmaq üçün üçtərəfli sənədi imzalayıb, indi həm də Rusiyanı şantaj edir ki, mən gedərəmsə, sənədin icrası tormozlanacaq?

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bldirdi ki, Paşinyan artıq Rusiyadan asılı vəziyyətə düşüb. “Sorosun uşağı” adlanan Paşinyan 27 sentyabra qədər Rusiyaya bəzi zamanlarda dirsək göstərirdi: “Qərbdən dəstəyə ümid edən Paşinyan Rusiyadan uzaqlaşmaq xəttini seçmişdi. Azərbaycan Ordusu Ermənistan ordusunu çökdürdü və Paşinyan faktiki olaraq kapitulyasiyaya imza atdı. 44 günlük müharibədə Paşinyanı nə Soros, nə ümid etdiyi Qərb dairələri xilas eləyə bildilər. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin şərt və təklifini faktiki olaraq qəbul edib 10 noyabrda bəyanata imza atmaqla həm də hakimiyyətini bir müddət üçün xilas etmiş oldu. Ermənistanı tam məhv olmaqdan xilas etmək, öz hakimiyyətinin ömrünü mümkün olduğu qədər uzatmağın yolunun Kremlə tam olaraq tabe olmaqdan keçdiyini düşünən Paşinyan bu yolu tutdu. Paşinyan 10 noyabr bəyanatına imza atmasaydı, artıq hakimiyyətdən getmişdi, Rusiya ona hakimiyyətdə qalmağa imkan verməzdi. Amma indi diqqət edirsinizsə, Rusiya prezidenti onun hakimiyyətinə dəstək verməyin lazım olduğunu deyir. Putin bunun səbəbini də açıq dilə gətirir. Görünür, Rusiya liderində dəqiq informasiya var ki, hazırda başqa bir şəxsin Ermənistanda Paşinyanın yerinə gəlməsi Qarabağla bağlı bəyannamənin ardıcıl həyata keçirilməsinə maneələr yarada, hətta razılaşmanın pozulmasına səbəb ola bilər. Rusiya adətən ”Qarabağ klanı”na stavka edərdi. İndi Qarabağ klanının təmsilçisini, xüsusən də Robert Köçəryan və Serj Sərkisyanı hakimiyyətə gətirmək məhz həmin 10 noyabr bəyanatından Ermənistanın imtinasına gətirib çıxara bilər.

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI -  modern.az

Aydın Hüseynov: “Görünür, Putində informasiya var ki,  başqa bir şəxsin Paşinyanın yerinə gəlməsi razılaşmanın pozulmasına səbəb ola bilər”

Çünki “Qarabağ klanı” cinayətkarlardan və qatı müharibə tərəfdarlarından ibarətdir. Eyni zamanda Ermənistan əhalisinin də böyük hissəsi bu klana nifrət edir. Kreml bilir ki, bu klanın iş başına gəlməsi Ermənistanda daxili gərginliyi daha da artırar və müharibəni alovlandırar. Eyni zamanda Köçəryan-Sərkisyan tandeminin Ermənistanda iqtidara gəlməsinin qarşısında ciddi maneələrdən biri Azərbaycanın mövqeyidir. Azərbaycan Prezidentinin son çıxışlarında bu iki cinayətkar barədə hansı sərt mövqedə olduğunu Rusiya da gördü. Moskvada əminlik yarandı ki, bu cinayətkarların Ermənistanda hakimiyyətə gətirilməsi Azərbaycanla növbəti mərhələdə olacaq danışıqlara çox ciddi əngəl ola bilər. Bir sözlə, Azərbaycan Ordusunun zərbəsi Ermənistanda “Qarabağ klanı”nın da kitabını bağlamış olub”.

Deputatın sözlərinə görə, eyni zamanda nəzərə alsaq ki, Ermənistanın ordusu ilə yanaşı iqtisadiyyatı da çöküb, ölkə çox ciddi təlatümlərlə üz-üzədir və qaranlıq bir tunelə daxil olub, belə görünür heç bir ağlı başında olan adam bu cür ağır durumla üz-üzə qalan ölkənin rəhbərliyinə keçib özünü bəlaya salmaq istəmir: “Daxildə çoxları Paşinyanı istefaya çağırsa da məsuliyyəti öz üzərinə götürəcəyini açıq elan edən yoxdur. Xəbərlər yayılır ki, Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd axtarışındadır. Məlumatlara görə, Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər. Vətən Partiyasının İdarə Heyətinin üzvü Robert Arutunyan bildirib ki, Vazgen Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq. Lakin Manukyanın özü bu barədə hələ bir açıqlama verməyib. Manukyan hiyləgər siyasətçidir. Putinin KTMT iclasında Paşinyanın hakimiyyətdə qalmasını istədiyini bəyan eləməsindən sonra Manukyan irəli çıxmaz”.

Kimsə bizi buna məcbur edə bilməz” - Elxan Şahinoğlu Yeni Sabah

Elxan Şahinoğlu: “Putin istəyir ki, kapitulyasiya aktını sona qədər Paşinyan həyata keçirsin”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Nikol Paşinyan hakimiyyətə yeni gələndə ümumi rəy belə idi ki, o, Sorosun və Qərbin dəstəyi ilə hakimiyyətə gəldi, inqilab elədi: “Bu da Rusiyada müəyyən qədər narahatlıq doğurmuşdu. Son ana qədər Paşinyandan Rusiyanın xoşu gəlmirdi. Paşinyan Putinin dostu Robert Köçəryanı həbs etdirmişdi. KTMT-nin o zamankı baş katibi olan erməni general Xaçaturovu da həbsə atmışdı. Bu və digər addımlar Rusiyada qıcıq oyatmışdı. Müəyyən fikirlər var idi ki, Rusiya Nikol Paşinyanı devirmək istəyir, buna fürsət yaranmasını gözləyir. Amma müharibə bitdikdən sonra durum dəyişdi. Ola bilsin, Rusiyada hansısa dairələrin, siyasi ekspertlərin yenə də Paşinyandan zəhlələri gedir və devrilməsi haqqında müxtəlif fikirlər söyləyirlər. Hətta ermənipərəst rusiyalı siyasi ekspertlər də eyni fikri söyləyirlər. Amma Vladimir Putinin mövqeyi artıq dəyişib. Mən bunu proqnozlaşdırırdım. Çünki kapitulyasiya aktını Putin Paşinyana imzalatdırdı. İndi Nikol Paşinyan baş nazir kimi bu imzaladığı sənədin tələblərini yerinə yetirməlidir. Bunun üçün də Putin Paşinyanın hakimiyyətdə qalmasını lazım bilir və hətta qalması üçün dəstək verilməsinin vacibliyindən danışır. Əgər Ermənistanda hakimiyyət dəyişsə, Paşinyanın yerinə gələn şəxs vəziyyəti yenidən gərginləşdirə bilər, Azərbaycanla müharibəyə yenidən başlaya bilər ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Ona görə də prezident Putin istəyir ki, Paşinyandan xoşu gəlməsə də, kapitulyasiya aktını sona qədər o həyata keçirsin. İkincisi, ”Qarabağ klanı”nın nüfuzu Ermənistanda çox aşağı düşüb. Onlar birinci Qarabağ müharibəsindən sonra özlərini qalib, qəhrəman sayırdılar. Amma indi nə birinci Qarabağ müharibəsinin nəticələri var, nə onların qurduğu və qürrələndikləri “sarsılmaz ordu”. Azərbaycan onların ordusunu məhv edib. İndi “Qarabağ klanı”na da xalqın qəzəbi var. Ona görə də Moskva bu klana dəstək verib hakimiyyətə gətirə bilməz”.

E.Şahinoğlunun sözlərinə görə, Putin həm də ondan ehtiyatlanır ki, Paşinyan devriləndən sonra yenə də hansısa bir qərbpərəst siyasətçi Ermənistanda hakimiyyətə gələ bilər. Ona görə də bundansa elə Nikol Paşinyanı özündən asılı vəziyyətə salıb və bütün 10 noyabr bəyanatının bütün bəndlərini ona yerinə yetirdəcək: “Məhz bu amillərə görə indiki məqamda Vladimir Putin Nikol Paşinyanın ünvanına hətta bir az xoş sözlər də deyir ki, hakimiyyətdə qalsın və heç kim onu devirməyə cəhd eləməsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930