“Rəngli inqilablar” dövrü qayıdır – Putin və Lukaşenkonun xəbərdarlığı…

04.12.2020 - 10:08

KTMT sammitində Rusiya və Belarus liderləri xarici müdaxilələri, “ərəb baharı”nı xatırladıblar; Asim Mollazadə: “Xalq öz inkişaf yolunu tapırsa, hansısa sponsorlar xalqların müqəddəratı ilə oynaya bilməz”

Ostap Benderin “Qərb bizi xilas edəcək” sarkazmı XXI əsrdə bir çox coğrafiyalarda xalqları məyus etdi. Azadlıq və xoşbəxt həyat arzusu ilə küçələrə axışanlar vətənlərində sabitlik yerinə xaos, göz yaşı, terror, böhran və ikihakimiyyətlilik, ərazi itkiləri gördülər. İstər Yaxın Şərqdə, istər ərəb yarımadasında, istərsə də postsovet məkanında edilən “məxməri inqilab”lar, pullu çevrilişlər demokratiya ilə əvəzlənmədi.

“Yeni Müsavat” xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində də bu məsələlərə toxunulub. Bu ilin avqustunda keçirilən seçkidən sonra ölkəsi çalxalanan Belarus prezidenti Aleksandr Lukaşenko kənar qüvvələrin müdaxilələrindən danışıb. Həmçinin rusiyalı həmkarı Vladimir Putin “ərəb baharı” hadisələrini və digər “rəngli inqilabları” xatırladıb, onları mənfi nümunə kimi göstərib. Sitat: “Rəngli inqilabların nələrə səbəb olduğunu gördük, amma həmişə yaxşı niyyətlə izah olunur. Bildiyiniz kimi, cəhənnəmə gedən yol da yaxşı niyyətlə açılmışdı”.

Əlbəttə, Suriya, Liviya, İraq, Misir kimi ölkələr “demokratiya bulağı”ndan su içərkən zəhərləndilər, indiyə qədər özlərinə gələ bilmirlər. Eynilə Ukrayna, Gürcüstan, Qırğızıstan da ciddi itkilərlə üzləşdi. Vaxtilə Azərbaycanda da buna uğursuz cəhdlər edilib.

Sorosun erməni uşaqları...

Son olaraq iki il yarım əvvəl isə Ermənistanda “rəngli inqilab” baş verdi və “Sorosun uşaqları” hakimiyyətə gəldi. Bəs nəticə nədir?

Faktiki, ölkə müharibədən sonra xaos içərisindədir. İndi yenidən müəyyən mərkəzləri “rəngli inqilablar” etməyə həvəsləndirən nədir? Bu mərkəzlər əslində dünyada stabilliyə qarşıdırlar, xaosdan yararlanır və varlanırlar. Ümumiyyətlə, qlobalistlərin mahiyyəti idarə edilən xaos və böhran yaratmaqdır. Onlar “tərəqqipərvər” ideyalarla ölkələri qarışdırırlar.

Co Bayden 2020-ci ilin prezident seçkilərində namizədliyini irəli sürdü -  1TV

ABŞ-ın yeni prezidenti Co Baydenin də təmsil olunduğu Demokratlar bu qəbildəndir: ölkələrin daxili işlərinə müdaxilə etmək, «demokratiya ixracı» adı altında dövlətlərin stabilliyini, sakit həyatını pozmaq…

O baxımdan Ağ Evin yeni sahibinin hakimiyyətə gəlişindən sonra Qərbin ayrı-ayrı coğrafiyalarda “rəngli inqilab”lar planlaşdıracağı istisna edilmir. Bu inqilabların memarı kimi Soros Fondu daha çox ön plana çəkilir. Prezident İlham Əliyev də noyabrın 8-də, Şuşa şəhərinin işğaldan azad edildiyini Şəhidlər Xiyabanında elan edərkən bu məsələyə toxunmuşdu. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda belə planlar var idi: “Əgər xalqın birliyi olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

Asim Mollazadə

Bu mövzuda fikirlərini bölüşən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, hər bir ölkədə inqilabların baş verməsinin səbəbini daxildəki problemlərlə müəyyənləşdirmək lazımdır. Onun fikrincə, xaricdən prosesə təkan verilə bilər, lakin ölkədə problemlər mövcud deyilsə, inqilablar da uğurlu olmayacaq. “Ermənistandakı hərbi cinayətkar rejim uzun illər ölkəni talan edirdi və nəticədə inqilab oldu. Amma o demək deyil ki, hər inqilab yaxşı olacaq. Hər bir xalq öz taleyinin sahibidir. Xalq öz inkişaf yolunu tapırsa, hansısa sponsorlar xalqların müqəddəratı ilə oynaya bilməz. İnqilabların meydana gəlməsinə narazılıqlar səbəb olur, gərginlik yaranır. Amma hər bir ölkənin daxilində problemlər unikaldır. Məsələn, ABŞ təcrübəsini Yaxın Şərqdə model kimi istifadə etmək düzgün deyil”-deyə, müsahibimiz bildirib.

Deputat hesab edir ki, ölkələrin öz xüsusiyyətləri, mədəniyyəti, sosial-iqtisadi problemləri var: “Universal model görmürəm. Ona görə nə inqilablar, nə əks-inqilablar uğurlu olur. Uğurlu olmaq üçün öz modelini tapmaq lazımdır”.

Qarabağ Azərbaycandır! - Züriyə Qarayeva - Azerbaycan - Tarihistan.org

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Gürcüstanda “qızılgül”, Ukraynada “narıncı” inqilablar “rəngli inqilab” adı ilə tarixə düşdü və coğrafiyasını genişləndirdi: ““Rəngli inqilab”ların nəzəri kontekstini Qərbin maliyyə, ideya dəstəyi ilə avtoritar rejimlərdən qurtulmaq və demokratiya yolu tutmaq təşkil edir. Bu baxımdan o həm də müvafiq regionda Rusiya təsirindən çıxıb, demokratiya yolu tutmaq kimi də dəyərləndirilir.

Belarus Devlet Başkanı Lukaşenko: ABD ile ilişkilerde yeni bir sayfa açmak  istiyoruz | Euronews

Ona görə də Putin və Lukaşenkonun KTMT iclasında “rəngli inqilab”ların zərərindən danışması başadüşüləndir. Son dövrün proseslərinə baxsaq, Avroatlantik inteqrasiya tərəfdarı olan Maya Sandunun qalib gəlməsi, Belarusda Aleksandr Lukaşenkoya qarşı etirazların tədricən anti-Rusiya xarakteri alması, qonşu Gürcüstanda NATO və Avropa Birliyinə sürətli inteqrasiya tərəfdarlarının son parlament seçkilərinin rusiyalı iş adamı İvanaşvilinin pulları hesabına alınan nəticələrini tanımayaraq, etiraz aksiyalarına start vermələri, Qırğızıstan və bütövlükdə Orta Asiyada baş verənlər Rusiyanın həyati əhəmiyyətli təsir zonası hesab etdiyi postsovet məkanında Moskvanın mövqelərinin sürətlə sarsıldığından xəbər verir”.

Vladimir Putin: “MDB-də “rəngli inqilab”lara imkan verməyəcəyik”

Politoloqun fikrincə, Cənubi Qafqazda mövcudluğu Rusiyadan birbaşa asılı olan Ermənistanda bu cür qərbyönümlü siyasətçilər daha populyardır: “Digər tərəfdən, “rəngli inqilab” xofunun ortaya çıxması həm də Co Baydenin hakimiyyətə gəlməsi və Demokratlar Partiyasının hakimiyyətdə olduğu dönəmlərdə ABŞ-ın xarici siyasətində demokratikləşmə meyllərinin prioritet məsələlərdən biri olmasıdır. Çünki Tramp prezidentliyi dövründə inqilablara qətiyyən dəstək vermədi və səbəbini  “Amerika dünya polisi deyil” fikri ilə əsaslandırdı. Bu minvalla, Co Baydenin Rusiyanın regionda təsirini azaltmaq üçün əlindən gələni edəcəyi gün kimi aydındır. Elə Belarusdakı inqilabın müxalifətin qələbəsi ilə yekunlaşması da Baydenin əsas istəklərindəndir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157992

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930