Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI

05.04.2021 - 09:54

 

Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI

 

“Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib”.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Məlumata görə, Rusiya sülhməramlı kontingenti bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca və biri əks istiqamətdə”.

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 10 hektar ərazi, 3 km yol, 17 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Bu günə kimi 1.900 hektar ərazi, 583 km yol, 1658 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.045 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930