Ermənilərə açılan CİNAYƏT İŞLƏRİ – Nəticələr nəyə hesablanıb?

14.12.2021 - 17:54

Ermənilərin istər müharibə vaxtı, istərsə də müharibədən sonrakı dövrlərdə təxribatları ara vermir. Sonuncu belə təxribat isə erməni futbolçuların bayrağımızı təhqir etməsi və Azərbaycan Baş Prokurorluğunun faktla bağlı cinayət işi açması ilə nəticələnib.

 

Praktikaya nəzərə salsaq, hüquq mühafizə orqanları tərəfindən erməni təxribatçılara qarşı bu cür cinayət işlərinin açıldığının şahidi olarıq. Amma bir çox hallarda erməniləri ədalət qarşısında mühakimə olunan görmürük.

 

Hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev  məsələni şərh edərkən bildirib ki, sübutların toplanılması, ifadələrin alınması üçün cinayət işi açılmalıdır:

 

“Cinayət işinin açılması cinayət təqibli hərəkətlərin edilməsi ilə başlanılır. Təxribat törədildikdə cinayət işi açılır, sübutlar toplanılır, ifadələr alınır, ekspertizalar həyata keçirilir. Bütün bunların hamısı yalnız cinayət işi açıldıqda həyata keçirilə bilər.

Eyni zamanda, cinayət prosesində müddətlər var: cinayət işinin başlanması, cinayət işinin açılması və s. Cinayət işinin başlanması o demək deyil ki, cinayət işi açılacaq, bunu törədən şəxslər dərhal məsuliyyətə cəlb olunacaq. Əlbəttə, təxribat törətməkdə təqsirləndirilən şəxsləri məsuliyyətə cəlb etmək üçün cəhdlər edilir, amma bunun üçün müvafiq şəraitlərin olması vacibdir”.

 

Hüquqşünasın sözlərinə görə, cinayətin işinin nəticəsinin olması üçün təqsirləndirilən şəxs ölkə ərazisində olmalıdır:

 

“Nəzərə almaq lazımdır ki, baş verən cinayətlərdə təqsirləndirən şəxslər Azərbaycan ərazisində olmur. Onlar Ermənistan ərazisindən Azərbaycana təcavüz edirlər. Və yaxud da cinayətlər sülhməramlıların nəzarəti olan ərazilərdə baş verir. Ona görə də istintaq prosesinin aparılması çox sadə deyil.

Bu cinayətlər sadə deyil. Bununla yanaşı cinayət etməkdə şübhəli bilinən şəxsin də ölkə ərazisində olmaması istintaqın sürətlə başa vurulmasına mane olur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168715

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930