AŞ-nin baş katibi Paşinyan-Əliyev görüşünü ümidverici hesab edir

17.06.2022 - 15:59

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyanla İlham Əliyevin Brüssel görüşünü ümidverici hesab edir.

Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra bildirib.

Avropa Şurasının baş katibi Brüssel görüşündən sonra verilən bəyanatı və sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyətini də ümidverici hesab edir.

Onun sözlərinə görə, barışığa inamla yanaşmaq lazımdır və buna nail olmağa yönəlmiş təşəbbüslər alqışlanmağa layiqdir. Bu kontekstdə baş katib iki ölkə ictimaiyyətinin nümayəndələrinin may ayında Avropa Şurasının himayəsi altında Venesiyada keçirilən görüşünü qeyd edib və gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177024

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930