ABŞ Konqresindən Azzərbaycana qarşı TƏXRİBAT

02.09.2022 - 13:14

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib.

 

Cumhuriyyet.az xəbər verir ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff Qarabağda mövcud olmuş qondarma rejimin “rəhbəri” Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

 

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat xarakterli fikirlər yer alıb: “Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik”.

 

Məktubdan göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar çəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031