Türkiyə ilə Azərbaycan arasında Fəaliyyət Planı imzalanıb – FOTO

04.11.2022 - 14:11

Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində 2023-2025-ci illər üçün Fəaliyyət Planı imzalanıb.

Cumhuriyyet.az xəbər verir ki, imzalanma mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İstanbula səfəri çərçivəsində baş tutub.

Türkiyə və Azərbaycanın birgə hazırladığı Fəaliyyət Planında ailə, qadın və uşaqlarla bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün tematik işçi qrupların təşkil ediləcəyi, Türk dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi və daha da gücləndirilməsi məqsədilə “Türk Dünyası Ailə Festivalı”nın keçiriləcəyi və digər birgə fəaliyyətlərinin həyata keçiriləcəyi nəzərdə tutulur.

Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Azərbaycan və Türkiyə münasibətlərinin dərinləşdiyini, burada iki ölkə başçısının xüsüsi rolunun olduğunu vurğulayıb.

Bahar Muradova deyib ki, iki ölkə, xüsusi ilə də adiyyatı qurumlar, bütün görülən işlərdə bir-birinin yanında olmalıdır.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184444

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031