“Qələti mən edirəm, yoxsa…” – Aygündən İlhaməyə

12.02.2016 - 15:30

aygun-ilhameXalq artisti Aygün Kazımova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onun barəsində dediklərinə münasibət bildirib.

Oxu.Az-a açıqlama verən A.Kazımova bunları deyib:

“Zaman-zaman xalq artisti İlhamə Quliyeva xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan və digər sənətçilər haqda xoş olmayan ifadələr səsləndirib. Bəs o zaman mən niyə öz haqq səsimi qaldırmamışam? Çünki adlarını çəkdiyim xanımlar sənətdə yetərincə sözlərini demiş güclü xanımlardır. Onların mənim dəstəyimə ehtiyacları olmayıb. Bundan əvvəlki müraciətimdə səsləndirdiyim fikri bir daha yadınıza salıram.

Bu, Aygün-İlhamə qalmaqalı deyil. Son günlər baş verənləri bu cürə qələmə vermənizi istəmirəm. Mənim haqq səsimi bu günlərdə qaldırmaqda səbəbim yazıq hala salınmış, çarəsiz qalmış bir ananın , bir şəhid bacısının, təhqir olunmuş, döyülmüş bır qadının qorxu dolu fəryadına dözə bilməməyim oldu. Bu qadının hamıdan çox dəstəyə ehtiyacı var idi. Çünki o tək idi. Mən bunu etdim, amma yenə də qarşı tərəf əsas mövzunu unutdurmaq üçün əlindən gələni edir.

Bütün baş verənləri İlhamə-Aygün qalmaqalı ətrafına istiqamətləndirir. Bir daha sizi əsas mövzudan, mətləbdən uzaqlaşmamağa səsləyirəm. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaq şousunun bir hissəsidir. Ana və oğulluğu müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə gətirirlər. Amma bu çox yalnış və məntiqsizdir.

İndi isə keçək mənim İlhamə Quliyevanın oğlunun həbs olunması ilə bağlı səsləndirdiyim fikirlərə əks tərəfin reaksiyasına. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram.

Mətbuata istinad:

Azərbaycanın xalq artisti Ilhamə Quliyevanın oğlu Orxan Nadirov 2008-ci il may ayının 8-də Milli Təhlükəsizlik Nazirlinin keçirtdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi: (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddəllləri və ya prekursorları hazırlanma, istehsal etmə, əldə etmə , saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib.

Mətbuata növbəti istinad:

14 yanvar 2016-cı il xalq artisti ilhamə Quliyevanın oğlu Orxan Nadirov və dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınıb. Orxan Nadirovun və onun tanışının azad edilməsi heç də onların barəsində cinayət işinin başlanmadığını söyləməyə əsas vermir.

Bu faktları ki, mən özümdən demirəm?! Mən hər zaman kimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm.

Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda “Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur”, “İlhamə Quliyeva Orxanı oğulluğa götürüb” kimi yazılar yazılıb.

İndi isə bu şəxs məni nəslimə baxmağa çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunda dünyaya gəlib. Anam isə İrəvan mahalı, Zəngibasar rayonu, Seyidlər kəndində. Özüm isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim nəslim. O isə onun nəsli.

Qaldı ki, açıb ortalığa qoymalı məsələlərə, varsa, desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim bu xalqdan gizlinim olmayıb. Həyatımda baş verən hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi, sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim sirdaşım tamaşaçım olub.

Hələlik sonuncu sözüm isə qələtlə bağlıdır. Hərfi tərcümədə “qələt” – “səhv etmək” mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53400

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930