Erməni terrorçularının lideri: Müharibə artıq qaçılmazdır

29.04.2016 - 10:32

saakyanİnsanlar ərazilərin verilməsi ilə bağlı əsassız danışıqları dayandırmalıdırlar.

Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ terrorçularının lideri Bako Saakyan söyləyib. Onun sözlərinə görə, ermənilər əvvəlki dövrlərə qayıtmaq niyyətində deyillər.

Saakyan həmçinin torpaqların Azərbaycana qaytarılmayacağını da bildirib. Terrorçu lider Qarabağla Ermənistan arasında münasibətlərin pisləşməsi ilə bağlı faktlar axtarılmasının da dayandırılmasını tələb edib.

“Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə “yox” olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik”.

Saakyan 2015-ci ilin iyulundan bu ilin aprelinə qədər erməni tərəfinin itkilərini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ərzində erməni ordusunda 21 nəfər ölüb, 113 nəfər yaralanıb. Amma 2 apreldən bu yana olan itkilərə toxunmayıb.

Xatırladaq ki, Sərkisyan və Saakyan aprelin əvvəli ilə müqayisədə tamam fərqli ritorikaya keçiblər. Sərkisyan ötən gün partiya toplantısında Qarabağla bağlı sülh danışıqları üçün 3 şərt irəli sürüb: Dördgünlük müharibənin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı yeni aqressiyaya və terrora getməyəcəyinə təminat.

Bunun ardınca Saakyanın da şərtlə danışması və cəbhədə erməni hərbçilərinin Azərbaycan mülki əhalisinə qarşı vəhşiliyi çox mətləblərdən xəbər verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62801

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930