Azərbaycan müdafiə nazirinin müavini rus zabitinə mükafat verdi

29.04.2016 - 16:25

sergey-uvarovAzərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev ölkəmizin Rusiyadakı səfirliyində 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu “Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.

K.Vəliyev qeyd edib ki, S.Uvarov Azərbaycan Silahlı Qüvvələrində xidmətinə görə bu mükafata layiq görülüb: “Azərbaycan Ermənistan tərəfindən təcavüzlə qarşılaşıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin əksəriyyəti hərbçi yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyini və bütövlüyünü qoruyublar. Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir”.

S.Uvarov göstərilən diqqətə görə təşəkkür edib, hərbçi yoldaşlarını və xidmət illərini xatırlayıb: “Şadam ki, hazırda Azərbaycan və Rusiyanın mehriban münasibətləri var. Bu, ölkələrimizin rəhbərlərinin müdrikliyi sayəsində baş verir”.

O, hesab edir ki, hazırda Azərbaycan Ordusu 20 il əvvəlkindən xeyli güclüdür: “Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930