Kerri Putinlə Qarabağı müzakirə edə bilər

12.07.2016 - 17:40

kerri-putinABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Belə bir görüş Putin və ABŞ prezidenti Barak Obama arasında baş tutan telefon danışığı zamanı da müzakirə edilib. Amma görüşün dəqiq vaxtı hələlik məlum deyil”.

ABŞ dövlət katibi Con Kerri iyulun 14 Moskvaya səfərə gələcək. Ötən gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, iyulun 14-ü axşam saatlarında Con Kerri Moskvaya gedəcək. Kirbi deyib ki, Moskvada bir sıra yüksək vəzifəli şəxslərlə Suriya, Ukrayna, Dağlıq Qarabağ və digər məsələləri müzakirə edəcək.

Con Kerrinin Moskva səfəri iki gün davam edəcək.

Artıq bu səfəri Rusiya Xarici işlər nazirliyidə (XİN) təstiq edib. Qurumda ümid edirlər ki, 2015-ci ilin mayından sayca 4-cü olan bu səfər Rusiya-ABŞ münasibətlərinə yaxşı təsir edəcək.

Con Kerri Rusiyada sonuncu dəfə martın 23-də səfərdə olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69675

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031