1 il keçdi: Rusiyanın Suriya müdaxiləsi nəyi dəyişdi?

30.09.2016 - 17:54

1475240654Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların ən önəmli nəticəsi terrorçu qrupların paytaxt Dəməşqi ələ keçirə bilməməsi olub.

Bunu Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Əməliyyatların nəticəsi barədə hərbi mütəxəssislər danışacaq, amma hər halda İŞİD, Əl Qaidə, Nüsrə Cəbhəsi kimi terrorçu təşkilatlar Dəməşqdə deyilsə, bu bizim uğurumuzdur.

Ali Baş Komandan Vladimir Putin əməliyyatların başlanması ilə bağlı göstəriş verəndə bunun nə qədər davam edəcəyi barədə məlumat verməmişdi. O, əsas məqsədimizin terrorçulara qarşı mübarizə olduğunu deyib. Bu gün də terrorçu qruplar Suriyada qalmaqdadır”.

Xatırladaq ki, 30 sentyabr 2015-ci ildə Rusiya rəsmi Dəməşqin müraciətindən sonra Suriyada terrorçulara qarşı aktiv hərbi əməliyyatlara başlayıb. Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı son 1 il ərzində Rusiya hava hücumları nəticəsində 9364 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=77500

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031