“Hökumət kəndlinin özünü dolandırmasına şərait yaratsın” – Deputat

02.12.2016 - 15:38
cavansir“Büdcə layihəsində bir sıra dövlət müəssislərindən daxilolmaların həcmi 5-6 milyon manat civarında göstərilib. Bu isə yetərincə aşağı göstəricidir”.
Modern.az-ın xəbərinə görə, bunu deputat Cavanşir Feyziyev parlamentin birgə komitələırinin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır:
“Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalı və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq”.
Cavanşir Feyziyev vurğulayıb ki, hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır:
“Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerji, yanacaqa və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardıma da ehtiyacı qalmayacaq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930