Vidadi Zeynalov: “Həmin şirkət uşaqlarımın adı ilə bağlıdır” – “Rabitə işi” məhkəməsi

23.12.2016 - 13:11

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib. İlk şahid Əlizadə Nigar Eldar qızı olub. O, AKEY MMC-də baş mühasib işləyib. N.Əlizadə deyib ki, istintaq zamanı AKEY MMC ilə “Catrburg” şirkəti arasında müqavilə əsasında görülən bütün işlər barəsində məlumat verib. Şahid AKEY şirkətinin rəhbərinin Ayaz Kərimov olduğunu və ofisdə MTN-ə aid qurğuların olduğunu söyləyib.

Qeyd edək ki, “Cartburg” şirkəti sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində okub. AKEY şirkətinin rəhbəri Ayaz Kərimov Anar Mahmudovun yaxın dostu olub. A.Kərimov həbslər başlayanda ölkəni tərk edib və hazırda axtarışdadır.

Digər şahid Sabunçu telefon qovşağının rəisi Nərman Salmanov olub. O, ifadəsində qovşaqlarda görülən işlərə görə qiymətlərin şişirdilməsi və onlara da pul çatması ilə bağlı danışıb.

Ancaq Salmanov məhkəmədə özünə pul çatmadığını deyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq rəhbəri Beytulla Hüseynov isə bunu təkzib edib. B.Hüseynov deyib ki, istintaq zamanı üzləşdirilərkən Salmanov əlavə olaraq onlara da pul çatdığını deyib.

Daha sonra hakimin sualına cavab olaraq Salmanov ziddiyyətlə ifadələrini həyəcanlı olması ilə izah edib.

Salmanov məhkəmədə sualları cavablandırarkən bunları deyib: “Tenderlər formal olaraq keçirilib. Göstərişi də rəhbərlik verib. Telefon qovşaqlarına da əlavə pul çatırdı. Amma biz aldığımız pulları müəyyən yollara geri qaytatmışıq. Həm işçilərə maaş almışıq, həm də birliyə telefon və digər avadanlıqların alınmasına xərclənib.

Sabubçu rayonu üzrə görülən işlərdə qiymətlərin şişirdilməsindən xəbərim yoxdur. Müəyyən şirkətlər bu işi görürdü. Biz lazım olan təmir işləri ilə bağlı layihələri hazırlayıb baş idarəyə göndərirdik. Görüləcək işlər orada müəyyənləşdirilirdi”.

Məhkəmədə növbəti şahid nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun sürücüdü Əliyev Elçin olub.

O, deyib ki, maddi vəziyyətinin yaxşılaşdırılması üçün ona “P.L.Z” MMC adlı şirkəti yaratmağı məsləhət görüblər. Sürücü bu məsləhəti Vidadi Zeynalovdan aldığını deyib: “Maddi imkanım, ailə vəziyyətin yaxşı deyildi. Belə məsləhət okdu, yaratdıq”.

Prokuror Fərid Nağıyev şirkətin adının niyə məhz “P.L.Z” MMC qoyulması ilə bağlı E.Əliyevə sual verib. Şahidin bu suala cavab gecikdiyindən Vidadi Zeynalov cavab verib.

“Şirkət uşaqlarımın adı ilə bağlıdır. Burda nə var ki?”- deyə V.Zeynalov bildirib.

Sürücü V.Zeynalovun cavabından sonra bunları deyib: “Mən yalan danışmağı sevmirəm. İstintaqa da bu haqda demişəm”.

Hakim Əfqan Hacıyev şahidin bu sözlərinə replika ilə cavab verib: “Yəqin ki, indi utanır”.

Məhkəmə prosesi dekabrın 28-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85109

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930