“İqtisadi böhran, sosial böhrana çevrilib”

10.02.2017 - 10:01

Sərdar Cəlaloğlu: “Hökumətin siyasəti başı ilə yox, qarnı ilə yaşayan təbəqəni də ayağa qaldırır”

ADP sədri Sərdar Cəlaloğlu cumhuriyyet.az-a açıqlamasında ölkədəki mövcud sosial-iqtisadi vəziyyəti şərh edib, hökumətin ünvanına bir sıra ittihamlar səsləndirib: “Azərbaycanda sosial böhran başlayıb. Biz bundan narahat idik. Həmişə bildirirdik ki, iqtisadi böhranı elə idarə etmək lazımdır ki, bu, sosial böhrana keçməsin. Böhran bir-biri ilə həlqələr şəklində birləşmiş proseslərdir. Əvvəlcə iqtisadi, sonra sosial, daha sonra isə siyasi sahədə özünü büruzə verir. İqtisadi, sosial və mənəvi sahədə deqradasiya başlayıb. Sosial vəziyyətin ağırlaşması fahişəliyin, narkomaniyanın genişlənməsinə səbəb olur. Hökumət hələ ki, bu böhranı müşahidə etməklə məşğuldur. Biz artıq sosial böhran mərhələsinə keçmişik. Sosial böhranın mahiyyəti istehlak böhranıdır. Vətəndaş özünə lazım olanı ala bilmir. Bu, artıq başı ilə yox, qarnı ilə yaşayan təbəqənin ayağa qalxması deməkdir. Çünki hökumətin apardığı siyasət onların qarnına təsir edir. Bu qrupun isə nəqarşısına çıxmaq, nə sözlə idarə etmək, nə də dinc demokratik mübarizəyə sövq etmək mümkündür”.

Seymur Əliyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930