“Lapşinin Şahbaz və Dilqəmlə dəyişdirilməsini Milli Məclisdə müzakirə etmək olar”

12.02.2017 - 19:43
“Lapşinin Şahbaz və Dilqəmlə dəyişdirilməsi məsələsini Milli Məclisdə müzakirə etmək olar”
Bu sözləri A24.Az-a açıqlamasında Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, fevralın 7-də Azərbaycana ekstradisiya olunan Aleksandr Lapşinin seperatçı rejim tərəfindən həbs edilən Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişdirilməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu məsələni indi gündəmə gətirmək düzgün olmazdı:
“Çünki Lapşinlə bağlı hüquqi proses hələ davam edir. Bu proses yekunlaşdıqdan sonra, bu mövzular ətrafında düşünmək olar. Əgər təkliflər olarsa, Azərbaycan tərəfi belə bir məsələni dəyərləndirə bilər. Amma burada əsas prinsipial məsələ başqadır. Burada Rusiyanın mövqeyi ilə bağlı məsələ ciddi müzakirəyə çıxarılmaldır. Çünki Rusiya vətəndaşı olan Dilqəmlə bağlı eyni addımı atmır. Ancaq başqa ölkələrin vətəndaşı olan biri ilə bağlı ən sərt formada addım atır. Bu səbəbdən də Azərbaycan da hardasa az da olsa, qınayıcı mövqe tutur. Bunun aydınlaşdırılmasına ehtiyac var”.
“Əgər doğurdan da narahatçılıq vardısa, Rusiya niyə öz vətəndaşı haqqında Ermənistana nəsə demədi? Niyə gedib onunla görüşməyiblər? Dilqəm Azərbaycan vətəndaşı deyil ki, Rusiya vətəndaşıdır. Onlar üçün vətəndaşın fərqi var? Hansısa vətəndaşın buynuzu olmalıdır ki, onun dalıca düşsünlər? Dilqəm tək Rusiya vətəndaşıdır. Lapşin isə həm İsrail, həm Ukrayna, həm də Rusiya vətəndaşıdır. Necə ola bilir ki, üç ölkə vətəndaşlığı olan birini əlahiddə bir dəyər kimi götürürsünüz. Amma öz vətəndaşınıza qarşı bu qədər hörmətsiz yanaşırsız. Bunun cavabı nədir? Ona görə də ilk olaraq bu məsələlərin aydınlaşdırılmasına ciddi ehtiyac var. Ümid edirəm ki, Rusiya tərəfi məsələdə konstruktiv mövqe tutmağı bacaracaqdır”, – deyə millət vəkili bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87979

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930