Bir neçə partiya parlament seçkilərində iştirak məsələsini müzakirə edib

03.12.2019 - 17:21

Bu gün bir neçə müxalifət partiyasının nümayəndələri növbəti dəyirmi masa keçirərək, növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.

APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi partiya və təmsil olunduqları Milli Şuranın bəyanatının olduğunu xatırladıb, bildirib ki, bəyanatdakı şərtlər qəbul edilməsə, seçkini boykot edəcəklər.

ReAL Partiyasının funksioneri Natiq Cəfərli, politoloq Hikmət Hacızadə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər müxalifət partiyalarının seçkidə iştirakının tərəfdarı olduqlarını bildiriblər.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Müsavat başqanı Arif Hacılı isə seçkidə iştirakla bağlı aparılan müzakirələrdən sonra qərar verəcəklərini bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031