Zaxarova delimitasiya ilə bağlı Rusiyanın mövqeyini AÇIQLADI

18.05.2022 - 21:33

Rusiya Azərbaycan-Ermənistan sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi qeyd edib ki, rəsmi Moskva Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiyanın yaradılması barədə ardıcıl çıxış edir.

 

“Prosesə başlamaq üçün liderlərin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmasında qeyd olunduğu kimi, iki ölkənin sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsini qaldırmaq üçün addımlar atmaq lazımdır. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Düşənbədə keçirilən üçtərəfli görüşündə də müzakirə olunub. Tərəflər məlumat verdilər ki, onlar komissiyaların milli nümayəndə heyətlərinin formalaşdırılması prosesinin sonuna yaxındırlar. Rusiya öz ekspert komandasını artıq formalaşdırıb. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı praktiki işə başlamağa nail olunacaq. Əminik ki, hər cür sərhədyanı insidentin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işə başlaması tələb olunur. Bu komissiyanın çərçivəsində etimadın yüksəldilməsi üçün mexanizmləri formalaşdırmaq olar. Misal üçün, sərhədyanı rayonlarda sabit vəziyyəti təmin eymək üçün təmas qrupu yaradıla bilər”, – deyə Zaxarova vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175380

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031