KTMT-nin İrəvana borcu yoxdur – Fyodorov

14.04.2023 - 22:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvana nəsə borcu olması fikri yanlış və əsassızdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib.

Onun sözlərinə görə, KTMT Ermənistana müqavilələrdən və istehsalçıların imkanlarından kənar silah tədarük etməməlidir.

Deputat qeyd edib ki, Ermənistan Moskvanın müttəfiqi olduğunu bildirirsə, Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatda” iştirak etməlidir:

“İrəvan KTMT layihələrində daha fəal iştirak etməlidir. Ermənistan bunu etmir və eyni zamanda da nə isə tələb edir. Deməli, bu ölkə ilə yanlış münasibətlər sistemimiz var”.

Y.Fyodorovun sözlərinə görə, Ermənistan çıxış prosedurunu başa çatdırmadığı üçün beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ-dən qanunsuz şəkildə çıxıb.

“Bu səbəbdən də İrəvanın Moskvanın müttəfiqi sayılmasına heç bir hüquqi əsası yoxdur”, – o fikrini yekunlaşdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930