Gənc ADP-çi qaçırırldı
Son zamanlar Azərbaycan hökümət nümayəndələrinin insan haqları aktivistlərinə və ölkədə olan yazar və jurnalistlər qarşı apardığı repressiv siyasət müxalif fikirli insanlardanda yan keçməmişdir. ADP mətbuat xidmətinin yaydığı məlumata görə, partiyanın Yasamal rayonu gənclər təşkilatının sədri Elnur Nəcəfli mülki şəxs tərəfindən zorla maşına mindirilərək qaçırılmışdır. Hadisə şahidi olmuş partiyanın fəal üzvü Ramal Məmmədovun ADP mətbuat xidmətinə verdiyi məlumata görə, Elnur Nəcəfli qacırılan zaman zorakılığa məruz qalmışdır. Bu hadisə yaxınlıqda asayış keşiyi çəkən Polis Post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verməyinə baxmayaraq, onlar hadisəyə müdaxilə etmədilər.
Xatırladaq ki, Elnur Nəcəfli ADP-nin Yasamal rayonu gənclər təşkilatının sədri olmaqla yanaşı, bütün müxalif düşərgədə cox məhşur simalardandır.Xatırladaq ki,Elnur Nəcəfli eyni zamandada qazetlərdə gedən bir cox hakimiyyət əleyhinə tənqidi yazarın müəllifi və bir çox aksiyaların təşkilatçılarından biri olmuşdur. Elə bu səbəbdəndə Elnur bəyin siyasi baxışlarına gorə qaçırılması heçdə şübhə yaratmır.
Mövzunu diqqətdə saxlayacayıq.
Murad
Short URL: http://www.cumhuriyyet.net/?p=101927