İranda tarixi Azərbaycan torpaqları uğrunda mübarizənin yeni dövrü başlaya bilər

19.03.2018 - 12:51

Bədrəddin Quliyev: “Gələcək təhlükələrə hazır olmalıyıq”

Qarşıdan Mart soyqırımının növbəti ildönümü gəlir. Azərbaycan tarixinin ən qanlı qırğınlarından biri olan Mart soyqırımının 100-cü ildönümü ilə bağlı redaksiyamıza açıqlama verən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, XX əsrin əvvəllərində baş verən qırğınları şərh etməklə yanaşı, gələcək təhlükələrə də diqqət çəkdi:

“Mart soyqrımı Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biridir. Hansı ki, bu hadisələr Azərbaycanın şimalı ilə yanaşı, cənubunda da baş verib. Yəni XX əsrin əvvəllərində, müxtəlif illərdə cənubdakı soydaşlarımız kütləvi qırğınlara,  qətliamlara məruz qalıb. 1905, 1915, 1918-ci illərdə çox böyük qırğınlar olub. Ermənilər gələcəkdə bu ərazilərdə muxtariyyət yaratmaqdan ötrü böyük qırğınlar törədiblər. 130 min nəfərdən çox adamı Cənubi Azərbaycanda ermənilər qətlə yetiriblər. Hansı ki, bu prosesdə kürdlər, assuriyalılar və digər xalqların nümayəndələri də iştirak edib. Bu bir tarixdir və bunu kimsə inkar edə bilməz.

1918-ci ilin Mart soyqırımından sonra Bakı demək olar ki, boşaldılmışdı. Erməni və digər xristian qüvvəllərinin həyata keçirdiyi qırğınlar nəticəsində insanlar öz dədə-baba torpaqlarını tərk edərək Bakıdan qaçır, sığınacaq üçün daha təhlükəsiz yerlər axtarırdılar. Bakı sürətlə xristianlaşdırılır, xristian xalqların nümayəndələrinin yaşadığı şəhərə çevrilirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti formalaşandan sonra ölkədə yaranan demokratik mühitdən istifadə edən ermənilər həyasızcasına muxtariyyət tələb etməyə başladılar. Gürcü və digər xalqların nümayəndələri də bu cür muxtariyyət tələbi ilə çıxış edirdilər.

Bu gün Suriyada yenə də türk ordusuna qarşı erməni, kürd, assuriya və digər xalqların nümayəndələrinin birliyi müşahidə edilir. Hansı ki, qəhrəman türk ordusu Afrin zəfəri ilə bu birliyi darmadağın etdi və anti-türk qüvvələrinə öz sözünü dedi.

Hesab edirəm ki, Suriyadakı olaylardan sonra hadisələrin mərkəzi İran olacaq. Bu gün İranda yuxarıda adı çəkilən qüvvələrin fəallaşması müşahidə edilir. Zənnimcə, yaxın gələcəkdə İranda tarixi Azərbaycan torpaqları uğrunda mübarizənin yeni bir dövrü başlayacaq. Yəni əvvəlki dövrlərdə baş verən qarşıdumaların yenidən alovlanması ehtimalı var.

İran hakimiyyətində təmsil olunanlar 1905, 1915, 1918-ci ildə baş verən qırğınların yenidən baş vermə riskini nəzərə almalı, əsrin əvvəllərindəki faciələrin yenidən yaşanmaması üçün hadisə və prosesləri nəartdə saxlamalıdırlar. Bununla yanaşı, biz bir xalq, millət olaraq da qarşıdakı təhlükələrə hazır olmalı, öz birliyimizi, həmrəyliyimizi gücləndirməliyik. Milli maraqlarımızın etibarlı müdafiəsi üçün milli birliyimizin kifayət qədər yüksək olması vacibdir və bu birlik bizi gələcək təhlükələrdən qoruyan ən etibarlı amildir”.

Seymur Əliyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115857

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930