Vidadi İsayev prezidentə kələk gəlir: Bərdədə vətəndaşlar seçki sürprizi hazırlayıb – VİDEO

21.03.2018 - 13:55

Azərbaycan bir çox sahədə analoqu olmayan ölkədir. Xüsusilə bu ölkənin müxtəlif rayonlarına rəhbərlik edən icra başçılarının “kəşfləri” dünyanın bir çox xalqlarına inanılması mümkün olmayan əfsanələr kimi görünə bilər. Məsələn, bəlkə də dünyada yeganə ölkəyik ki, əvvəl yol salıb, sonra onun altından su, elektrik xətləri keçiririk. Yaxud bir torpaq sahəsini bir neçə adama satmaq ənənəsi də yalnız bizdə görülüb. Hələ onu demirik ki, dövlət adından satılan torpaq sahələri belə, sonradan hansısa dövlət qurumunun balansından çıxır və insanların min bir zəhmətlə ərsəyə gətirdikləri tikililər sökülür, amma buna görə kimsə məsuliyyət daşımır.
Bu qədər xarüqələrin yaşandığı Azərbaycanda bəzən bizim standartlarımıza belə uyğun gəlməyən, eşidənləri təəccübləndirən hadisələr baş verir. Bərdə rayon icra hakimiyyətinin rayonda apardığı abadlıq işləri də heç nəyə heyrətlənməyən Azərbaycan insanını mat-məəttəl qoyacaq qəbildəndir. Rayon mərkəzində Heydər Əliyev prospektindəki qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin redaksiyamıza göndərdiyi şikayət məktubunda icra başçısı Vidadi İsayevin ən istedadlı sehrbazları da geridə qoyacaq fəaliyyətindən bəhs olunur. Haqqında bəhs olunan binada 16-sı uşaq, 49-u böyük olmaqla 13 ailə yaşayır. Sakinlərin şikayət məktubunda bildirdiyinə görə bu bina 1830-cu ildə bəy nökərləri üçün tikilib: “Yaşı iki yüzə yaxınlaşan bina heç bir baxımdan yaşayış üçün məqbul deyil. Bunla bağlı dəfələrlə müxtəlif qurumlara şikayət edilib. Hətta 2014-cü il iyun ayının 27-də Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bərdə şəhərində olarkən şəxsən binaya baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğu rəsmən təsdiqlənib. Cənab Heydərov burda yaşamağı insan həyatı üçün təhlükəli olduğunu bildirərək icra başçısına sakinləri dərhal burdan köçürülməsini bildirdi, dedi ki, vətəndaşlara 6 ay kənarda yaşamaq üçün kirayə pulu verilsin və dərhal ehtiyat fondun hesabına yeni yaşayış binası tikilsin. Bu günə qədər heç bir tədbir görülməyib. Yaşadığımız bu qəzalı bina gözdən uzaq, könüldən iraq yerdə deyil. Binamız İcra Hakimiyyəti, YAP , Rayon Prokurorluğu, Rayon Məhkəməsi, Bələdiyyə binasının yaxınlığında yerləşir. Yəni başda Vidadi İsayev olnaqla rayonun bütün başbilənləri durumumuzdan xəbərdardır. Rayon rəhbərliyi bu biabırçılığı ört basdır etmək üçün binanın küçəyə baxan hissəsini böyük lövhə ilə örtüb. Amma bu lövhənin arxasında 60-dan artıq insanın həyat təhlükəsi gizlədilir”.
Sakinlərin sözlərinə görə, yaxın günlərdə ölkə rəhbərliyinin rayona səfəri nəzərdə tutulub. Bərdə şəhərinin mərkəzində belə bir biabırçılığı gizlətmək üçün binanın gizlədən lövhə yenilənib. Amma ən tragikomik əməliyyat isə binanın damında aparılıb. Belə ki, damın bir tərəfi rənglənib, digər tərəfi isə olduğu kimi saxlanılıb. Sakinlər bu qeyri-adi abadlıq hadisəsini icra başçısının ölkə rəhbəri İlham Əliyevin qəbuluna çıxmasıyla izah edirlər. Başqa sözlə, cənab isayev açıqdan açığa prezidentə kələk gəlməyi planlaşdırır.
Media vasitəsi ilə problemlərini ictimailəşdirən sakinlər, baş verənlərin icra başçısı səviyyəsində siyasi təxribat olduğunu bildirir: “Biz hər zaman ölkə rəhbərinin siyasətini müdafiə etmişik. Amma Vidadi İsayev kimi yerli məmurların onu aldatmasına, bizimlə prezident arasında divar olmasına imkan verməyəcəyik. Prezidentin səfəri zamanı biz həmin rənglənmiş dama çıxıb öz dərdimizi bəyan edəcəyik. Eyni zamanda seçki günü qutulara İlham Əliyevə dəstəyimizi ifadə edən büllitenlərlə yanaşı yaşadığımız şəraitin fotolarını da atacayıq. Bütün bunların siyasi məsuliyyəti isə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin üzərinə düşür.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115962

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930