11 aprel hakimiyyətin yenidən qəsb günüdür

07.02.2018 - 20:16

Hakimiyyətin 17 Oktyabra təyin etdiyi Prezident Seçkisini 11 Aprelə qədər irəli çəkməsi ölkə ictimaiyyətində haqlı olaraq böyük bir narazılıq dalğası yaradır. Komanda seçgiylə bağlı əsil niyyətini gizlətmək üçün gündə bir bəhanə uydurur, bu anormal təklifi müdafiə üçün dəridən-qabıqdan çıxır.
İlk olaraq bəhanələri o oldu ki, bəs, bu il H.Əliyevin 95 illiyi, Cümhuriyyətin 100 illiyi, Azərbaycan xalqının soyqırima məruz qalmasının 100 illiyi ilə əlaqədar Seçkinin vaxtı qabağa çəkilmişdir. Məgər İcraedici orqan Azərbaycan Respublikasında mədəni tədbirlər keçirmək üçün mövcuddur ? Ölkədə mövcud olan bu səhv, yanlış tendensiyaya qarşı çıxmağın vaxtı deyilmi ? Axı bu kimi vacib tədbirlərə nə İcra orqanı, nə Qanunverici orqan, nə də Məhkəmə orqanı cavabdehlik daşımamalıdır. Axı bu vacib tədbirlərin keçirilməsi Mədəniyyət Nazirliyinə həvalə edilməlidir.
Ancaq çox təəssüflər olsun ki, bu gün idarəçilik məzmun baxımından İcra hakimiyyətinin hansı funksiya daşıdığını bilmir, bu səbəbdən də Mədəniyyət Nazirliyinin görməli işini görür. Prezidentin yadına salım ki, kiməsə, kimlərəsə Xalq artisti, əməkdar artist adlarını verməsi onun Mədəniyyət Naziri olması deyil. Xalq hakimiyyətin tədbirlər barəsindəki hekayəsinə inanmadıqda hakimiyyət başqa bir hekayə mətni uydurdu. Guya iqtidar iri miqyaslı qələbə hücumuna hazırlaşdığı üçün Seçkini vaxtından tez keçirmək zorundadır. Məgər, Konstitusiyamızda müharibə vəziyyətində Seçkinin qeyri müəyyən vaxta keçirilməsi öz əksini tapmayıb? Axı dediyiniz uğurlu müharibəni başlamış olduğunuz halda Konstitusiya sizə bu səlahiyyəti verir. Qələbəni qazanmış İ. Əliyevin Seçkiyə qatılması onun uğurunu şərtləndirməzdimi? Görürsünüzmü, yalan danışırsınız? Məqsəd Azərbaycan xalqını aldadıb istəyinizə nail olmaqdı. Sizin kimi bir primitiv İdarəçilik Ərazi bütövlüyümüzü nə müharibə, nə də sülh yolu ilə bərpa edə bilməz. İndi də bir başqa gop etməkdəsiniz.
Guya 11 apreldə indiki iqtidarın qələbəsindən sonra struktur islahatlara, eləcə də siyasi yeniliklərə start veriləcək. Seçki nə qədər tez keçirilsə siyasi yeniliklər də bir o qədər tez keçəcək. Belə olan halda soruşuram. İslahatları kimlərlə keçirəcəksiz? Axı kimləriniz var? Ər arvad-quda-qohum-qonşu-dostlardan ibarət idarəçiliklə? Utanım yerinizə! Ata, əmi, dayı hesabına institutları ölkə daxilində və ölkə xaricində bitirib idarəçilikdə təmsil olunanlarla? İnstitut müəllimlərinin yazmış olduğu dissertasiyalarla alim adı qazananlarla? Bunlarlamı islahatlar aparacaqsınız, bunlarlamı siyasi yeniliklər edəcəksiniz, ay çox pulluluğu idarəetmənin göstəricisi hesab edənlər ? Görürsünüzmü ağ yalan danışırsınız. Azərbaycan xalqının sizə inanması bəs deyilmi. 25 ildir bir hakimiyyət olaraq gələcək zaman formasının acam, əcəm şəkilçiləriylə danışırsınız. Hamının başa düşəcəyi tərzdə desəm, siyasət verməyəcəm və ya alacam deyil, siyasət vermədim və ya aldım deməkdir. Bir sözlə, 11 aprel hakimiyyət tərəfindən Azərbaycan xalqının siyasi baxımdan qəsb ediləcəyi gündür, basqına məruz qalacağı gündür. Mən arzu etməzdim ki, Ölkə vətəndaşları prezidentliyə namizədliklərini irəli sürməklə Azərbaycan xalqına qarşı bu siyasi qəsbdə, bu siyasi basqında iştirak etmiş olsun.

Elçin Məmmədov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=116252

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031