“Polisə Dəstək” İB İlham Əliyevi təbrik etdi

13.04.2018 - 14:49

“Polisə Dəstək” İctimai Birliyinin idarə heyəti növbəti dəfə prezident seçilməsi münasibəti ilə İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
“Çox hörmətli və əziz Prezident!
Azərbaycan Respublikasının Prezidenti postuna yenidən seçilməyiniz münasibəti ilə səmimi vətəndaş təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Növbədənkənar seçkidə həqiqi qələbəniz Azərbaycan xalqının bir daha Sizə olan inamın, ümidlə yanaşdığı rəhbərə hörmət və ehtiramın canlı təzahürüdür.
Azərbaycan xalqı heç bir şübhəyə qapılmadan inanır və əmindir ki, Siz gələcək 7 il ərzində də bütün gücünüzü, bacarığınızı və istedadınızı xarizmatik siyasi liderə xas tərzdə, böyük məsuliyyət və patriotizm hissi ilə doğma vətənimizin çiçəklənməsinə, vətəndaşların layiqli həyat səviyyəsinin yüksəldilməsinə, xalqın vahidliyinin, milli barışığ və vətəndaş həmrəyliyinin qoruyub saxlanılmasına sərf edəcək, ərazi bütövlüyünün bərpasına yönələn diplomatik missiyanız İnşəallah bəhrəsini verəcəkdir.
Möhtərəm və əziz Prezident!
Bu gün, Azərbaycan cəmiyyəti bütün sahələrdə – siyasi, iqtisadi, mədəni, təhsil, idman və digər istiqamətlərdə geniş inkişaf mərhələsindədir. Azərbaycan Beynəlxalq hüququn subyekti kimi regionda və dünyada güclü dövlətlər sırasındadır. Ölkədəki daxili sabitlik xarici investorlar üçün geniş və maneəsiz imkanlar yaradır.
Siyasi, dövlət və ictimai xadim, uzaqgörən Lider kimi qeyri-adi istedad və bacarığınız nəticəsində qarşıda duran mühüm məsələlərin həlli xalqımıza böyük uğurlar bəxş edəcək.
Sizə yüksək məsuliyyət tələb edən şərəfli və gərgin fəaliyyətinizdə müvəffəqiyyətlər, vətənimizin qüdrətlənməsində görk olacaq nailiyyətlər arzulayıram”.

Səmimi hörmətlə: “Polisə Dəstək” İB-nin idarə heyəti adından Şəmsəddin Əliyev

12 aprel 2018-ci il

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117436

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930