“Karvan”da zərərçəkmişlərə dəyən zərərin ödənilməsi ilə bağlı İcra başçısının göstərişi niyə icra olunmur?

19.04.2018 - 11:01

Cumhuriyyet.net-in redaksiyasına Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən   şikayət məktubu daxil olmuşdur. Şikayətçilər müraciətlərində  bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də onlara dəyən zərər ödənilmir.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Səbəbkar “Karvan”ın gerçək sahibidir?

“Dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz,amma BDYPİ-nin polkovnik-leytenantı “Karvan” Ticarət Mərkəzini idarə edir”

““Karvan”ın gerçək sahibi  biz zərəçəkmişlərin pulununun ödənməsinə mane edir”

Xatırladaq ki,biz Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva ,2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmüşük.

Bizə 325 min manat miqdarında zərərin dəyməsi  rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu,zərəri ödəməli olan tərəf -“Karvan”ın rəhbəri tərəfindən də  təsdiqlənsə də o bizə dəyən  zərəri 5 ildir  ödəmək istəmir.

Yanğının törədil

məsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində  o zaman cinayət işi başlanmışdır.

O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib)bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.

Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min )  yanğından ümumilikdə  325 min manat  zərər dəyib.

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədov  min bir bəhanə ilə pulumuzu ödəmir.

Amma  hüquqi şəxs kimi  “Karvan” Ticarət Mərkəzinin rəhbəri  sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa  da indi kimlərəsə arxalanaraq  gah sığortanı,gah  başqa şeyləri bəhanə  gətirərək,bizə dəyən ziyanı ödəmək istəmir.

Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.

9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının  qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur? .

Belə ki, məhkum  İ.Bayramov  həbsxanadan  2016-cı il noyabrın 10-da Ali Məhkəməyə  müraciət  edərək   xahiş edib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin  20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il  6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına  qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin  hakimi İnqilab  Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən  məhkəmə kollegiyası da   kassasya şikayətini  “qismən”təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox,gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib,onu demək olar ki,azadlığa buraxıb.Halbuki məhkum heç bunu xahiş  edib istəməyib…

Göndərdiyimiz bir top

a sənədlərin fotosundan  görmək olur ki, şikayətlərimiz rekord sayda-minlərlə  olsa da bəzi məmurların,hansısa  “böyük  bir sirli qüvvənin” səbəbindən biz öz  halal pullarımızı ala bilmirik.

“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı.Amma bu puldan bizə heç nə verilmədi.

Dəhşətlidir ki,minlərlə şikayət ərizəsi yazılıb ,məsələ göz qabağındadır ,kimin kimə verəcəyi  tam aydındır amma öz həllini tapmır…

Bizim günahımız nədir ki,biz dükanlarımızı bağlayıb evə getmişik,”Karvan”ın rəhbərliyi mallarımızın təhlükəzsizliyi qoruya bilməyib. Biz sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, ”Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük.Rəhbər şəxs olaraq  “Karvan İstehsalat

Kommersiya Şirkəti” MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz  yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər.

2016-cı il, dekabrın axırında  Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.

2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi.  Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə  Zakir Qaralov  şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni  ödənilsin.

 

Axır ki, Prezident Administrasiyasına çoxsaylı get-gəldən ,tələblərimizdən sonra oradan bizə dedilər gedin icra başçısı özü qəbul edəcək və nəhayət ki,icra başçısı bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində  qəbul etdi. Görüşdə hörmətli Zakir Fərəcova insafən  bizim üçümüzü də diqqətlə dinlədi,problemimizə həssaslıqla yanaşdı və bildirdi ki,üstündən 5 il keçsə də  məsələ həllini tapmalıdır və bizi diqqətlə dinlədikdən sonra yazılı şəkildə  müavini Fəzail  Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. Bu görüşdən  bi müddət sonra biz məsələnin nə yerdə qalmasını öyrənmək üçün icra hakimiyyətində oldu

q və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri  Həzi Əkbərov ilə görüşdük.O bizə bildirdi ki,icra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb  və onunla  danı

şıb ,məsələ yaxın zamanlarda öz həllini tapacaq.Sonra bizə dedilər ki, icra hakimiyyətində seçkilərdən,sonra,aprelin 14-ü gələk. Aprelin 12 -si biz  hər zaman dövlətçiliyi dəstəkləyən nümunəvi vətəndaş kimi ölkə üçün çox əhəmiyyətli olan Prezident seçkilərində fəal iştirak edərək  hörmətli İlham Əliyevə yenidən etimad göstərdik.

Aprelin 14 –ü icra hakimiyyətinə gəldik ,lakin bizə dedilər ki,icra başçısının müavini  Fəzail  Hüseynov  səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək.Buna görə də ayın 16-sı yenidən icra hakimiyyətinə gəldik,lakin səhər tezdən  icra hakimiyyətinin binasının qarşısında saatlarla-6-7 saat  gözləsək də bizi içəri buraxmadılar,məsul şəxslə görüşdürmədilər.

Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və Fəzail Hüseynov bizi qəbul etdi.Onu da qeyd edək ki, Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov bizi güc-bəla ilə də olsa qəbula salmaqla öz işini bitmiş hesab edir.Heç zaman, problemimizi çox gözəl bilsə də onun  həllinə elə də  çalışmır.Halbuki bu da onun vəzifə borcuna aid bir məsələdir.

Amma Fəzail Hüseynovla görüşsək də sonradan qarşı tərəf-”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də ,bu barədə məsləhətləşdiyini, fikirləşdiyini  desə də sonradan ödəməkdən boyun qaçırdı.Belə çıxır ki,hörmətli Zakir Fərəcovun yazılı göstərişi  yerinə yetirilməmiş,havada  qaldı.Halbuki qarşı tərfələ müəyyən mənada razılıq  əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə  bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən  polkovnik-leytenant  Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.

Məlumata görə “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq  “Karvan”a faktiki olaraq o  rəhbərlik edir. Kamil Əhədov rəsmi  direktor olsa da “Karvan”ın idarəçiliyinə tam  və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının  yığılmasına, ticarət mərkəzində yer bölgüsünə  o nəzarət edir.  Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını  onunla əsaslandırır ki:”məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə  xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanən ödənilməsi göstərilməyib. Mübariz Əhədov  vaxtını öz işindən çox “Karvan”da keçirir.Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədov a bununlabağlı xəbərdarlıq edilib.Amma görünür nəticə çıxarılmatıb.

Biz cavabdeh tərəf,şəxs  kimi “Karvan”ın direktoru Kamil Əhədovdan  tələb edirik,baxmayaraq bildiyimizə görə gerçək sahibi ,sözü keçən onun qardaşı Mübariz Əhədovdur.

Zərəçəkənlər məlum,cavabdehlər bəlli,ziyanın məbləği rəsmi olaarq təsdiq olub məhkəmə qərarında ,”Karvan”ın rəhbərliyi də bunu danmır,şikayət kağızlarını çəksək neçə kq olar,mənəvi baxımdan da ədalət bizim tərəfimizdədir,amma  məsələ görsənməyən tərəfin ucbatından öz müsbət həllini tapmır.

Onda belə çıxır bizim ziyanı heç kim ödəməmlidir?!Belə ola bilməz axı?!Ziyan varsa bunu qeyd-şərtsiz məlum cavabdeh tərəf ödəməlidir.

İcra hakimiyyətinin  verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində  müəyyən vaxt var,5 gün 10 gün.Hörmətli Zakir Fərəcov sağ olsun, bizi dinlədi bizim ziyanın  tez bir zamanda ödənilməli olmasına   tapşırıq verdi,amma məsələ yenə də qarşı tərəfin ucbatından həll olunmamış qaldı.

Xahiş edirik  bu məsələnin həllinə köməklik göstərəsiniz.

biz öz halal haqqımızı ala bilmirik,amma biz inanırıq qanunun aliliyindən heç kim üstün ola bilməz.

Sizdən xahiş edirik bizim problemin həll olunmasına,  köməklik göstərəsiz,bu məsələni diqqətinizdə saxlayasınız.

Hörmətlə
Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

Dilavər Abdullayeva–(050) 560 30 74

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117687

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930