“Karvan”da zərərçəkmişlərə dəyən zərərin ödənilməsi ilə bağlı İcra başçısının göstərişi niyə icra olunmur?
Cumhuriyyet.net-in redaksiyasına Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçilər müraciətlərində bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də onlara dəyən zərər ödənilmir.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Səbəbkar “Karvan”ın gerçək sahibidir?
“Dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz,amma BDYPİ-nin polkovnik-leytenantı “Karvan” Ticarət Mərkəzini idarə edir”
““Karvan”ın gerçək sahibi biz zərəçəkmişlərin pulununun ödənməsinə mane edir”
Xatırladaq ki,biz Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva ,2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşmüşük.
Bizə 325 min manat miqdarında zərərin dəyməsi rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu,zərəri ödəməli olan tərəf -“Karvan”ın rəhbəri tərəfindən də təsdiqlənsə də o bizə dəyən zərəri 5 ildir ödəmək istəmir.
Yanğının törədil
məsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində o zaman cinayət işi başlanmışdır.
O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib)bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.
Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.
Amma hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da indi kimlərəsə arxalanaraq gah sığortanı,gah başqa şeyləri bəhanə gətirərək,bizə dəyən ziyanı ödəmək istəmir.
Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.
9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur? .
Belə ki, məhkum İ.Bayramov həbsxanadan 2016-cı il noyabrın 10-da Ali Məhkəməyə müraciət edərək xahiş edib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il 6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da kassasya şikayətini “qismən”təmin edərək daha işin yeni məhkəmə baxışına qaytarılması haqda yox,gülməli və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda qərar verib,onu demək olar ki,azadlığa buraxıb.Halbuki məhkum heç bunu xahiş edib istəməyib…
Göndərdiyimiz bir top
a sənədlərin fotosundan görmək olur ki, şikayətlərimiz rekord sayda-minlərlə olsa da bəzi məmurların,hansısa “böyük bir sirli qüvvənin” səbəbindən biz öz halal pullarımızı ala bilmirik.
“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı.Amma bu puldan bizə heç nə verilmədi.
Dəhşətlidir ki,minlərlə şikayət ərizəsi yazılıb ,məsələ göz qabağındadır ,kimin kimə verəcəyi tam aydındır amma öz həllini tapmır…
Bizim günahımız nədir ki,biz dükanlarımızı bağlayıb evə getmişik,”Karvan”ın rəhbərliyi mallarımızın təhlükəzsizliyi qoruya bilməyib. Biz sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, ”Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük.Rəhbər şəxs olaraq “Karvan İstehsalat
Kommersiya Şirkəti” MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər.
2016-cı il, dekabrın axırında Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.
2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi. Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə bir az vaxt verin bu məsələni araşdıraram”,amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.
Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni ödənilsin.
Axır ki, Prezident Administrasiyasına çoxsaylı get-gəldən ,tələblərimizdən sonra oradan bizə dedilər gedin icra başçısı özü qəbul edəcək və nəhayət ki,icra başçısı bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi. Görüşdə hörmətli Zakir Fərəcova insafən bizim üçümüzü də diqqətlə dinlədi,problemimizə həssaslıqla yanaşdı və bildirdi ki,üstündən 5 il keçsə də məsələ həllini tapmalıdır və bizi diqqətlə dinlədikdən sonra yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. Bu görüşdən bi müddət sonra biz məsələnin nə yerdə qalmasını öyrənmək üçün icra hakimiyyətində oldu
q və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Həzi Əkbərov ilə görüşdük.O bizə bildirdi ki,icra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb və onunla danı
şıb ,məsələ yaxın zamanlarda öz həllini tapacaq.Sonra bizə dedilər ki, icra hakimiyyətində seçkilərdən,sonra,aprelin 14-ü gələk. Aprelin 12 -si biz hər zaman dövlətçiliyi dəstəkləyən nümunəvi vətəndaş kimi ölkə üçün çox əhəmiyyətli olan Prezident seçkilərində fəal iştirak edərək hörmətli İlham Əliyevə yenidən etimad göstərdik.
Aprelin 14 –ü icra hakimiyyətinə gəldik ,lakin bizə dedilər ki,icra başçısının müavini Fəzail Hüseynov səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək.Buna görə də ayın 16-sı yenidən icra hakimiyyətinə gəldik,lakin səhər tezdən icra hakimiyyətinin binasının qarşısında saatlarla-6-7 saat gözləsək də bizi içəri buraxmadılar,məsul şəxslə görüşdürmədilər.
Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və Fəzail Hüseynov bizi qəbul etdi.Onu da qeyd edək ki, Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov bizi güc-bəla ilə də olsa qəbula salmaqla öz işini bitmiş hesab edir.Heç zaman, problemimizi çox gözəl bilsə də onun həllinə elə də çalışmır.Halbuki bu da onun vəzifə borcuna aid bir məsələdir.
Amma Fəzail Hüseynovla görüşsək də sonradan qarşı tərəf-”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də ,bu barədə məsləhətləşdiyini, fikirləşdiyini desə də sonradan ödəməkdən boyun qaçırdı.Belə çıxır ki,hörmətli Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş,havada qaldı.Halbuki qarşı tərfələ müəyyən mənada razılıq əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.
Məlumata görə “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq “Karvan”a faktiki olaraq o rəhbərlik edir. Kamil Əhədov rəsmi direktor olsa da “Karvan”ın idarəçiliyinə tam və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının yığılmasına, ticarət mərkəzində yer bölgüsünə o nəzarət edir. Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını onunla əsaslandırır ki:”məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanən ödənilməsi göstərilməyib. Mübariz Əhədov vaxtını öz işindən çox “Karvan”da keçirir.Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədov a bununlabağlı xəbərdarlıq edilib.Amma görünür nəticə çıxarılmatıb.
Biz cavabdeh tərəf,şəxs kimi “Karvan”ın direktoru Kamil Əhədovdan tələb edirik,baxmayaraq bildiyimizə görə gerçək sahibi ,sözü keçən onun qardaşı Mübariz Əhədovdur.
Zərəçəkənlər məlum,cavabdehlər bəlli,ziyanın məbləği rəsmi olaarq təsdiq olub məhkəmə qərarında ,”Karvan”ın rəhbərliyi də bunu danmır,şikayət kağızlarını çəksək neçə kq olar,mənəvi baxımdan da ədalət bizim tərəfimizdədir,amma məsələ görsənməyən tərəfin ucbatından öz müsbət həllini tapmır.
Onda belə çıxır bizim ziyanı heç kim ödəməmlidir?!Belə ola bilməz axı?!Ziyan varsa bunu qeyd-şərtsiz məlum cavabdeh tərəf ödəməlidir.
İcra hakimiyyətinin verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində müəyyən vaxt var,5 gün 10 gün.Hörmətli Zakir Fərəcov sağ olsun, bizi dinlədi bizim ziyanın tez bir zamanda ödənilməli olmasına tapşırıq verdi,amma məsələ yenə də qarşı tərəfin ucbatından həll olunmamış qaldı.
Xahiş edirik bu məsələnin həllinə köməklik göstərəsiniz.
biz öz halal haqqımızı ala bilmirik,amma biz inanırıq qanunun aliliyindən heç kim üstün ola bilməz.
Sizdən xahiş edirik bizim problemin həll olunmasına, köməklik göstərəsiz,bu məsələni diqqətinizdə saxlayasınız.
Hörmətlə
Füzuli Quliyev-(055) 642 42 69
İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77
Dilavər Abdullayeva–(050) 560 30 74
Short URL: http://www.cumhuriyyet.net/?p=117687