Sumqayıtın “Uğur” komandası Region Liqasının qalibi olub-VİDEO

23.05.2018 - 14:20

AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqası başa çatıb.

TİA.AZ  xəbər verir ki, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın “Uğur” və Mingəçevirin “Energetik” komandaları qarşılaşıblar.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Uğur” 2017/2018-ci il mövsümünün qalibi olub. Üçüncü yeri isə “Füzuli” komandası tutub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.

Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev (“Şağan”) olub. “Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rəhimov (“Füzuli”) ən yaxşı qapıçısı seçilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119293

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930