“Bakcell” abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib

12.04.2019 - 14:39

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq çərçivəsində “Bakcell” abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər PULSUZ baxmaq imkanı qazanıblar.

MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. “Bakcell” və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir.

Xidmətə bütün “Bakcell” abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz Bakcell nömrələri ilə www.megogo.net Internet səhifəsində və ya “Google Play Store” və “Appstore”dan yüklənilən MEGOGO mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.

Qeyd edək ki, bu tərəfdaşlıq çərçivəsində MEGOGO xidmətindən 5 fərqli cihazda və 30-dan çox cihaz platformasında istifadə etmək mümkündür. Xidmətdən istifadə etmək üçün kəsintisiz internet bağlantısı (mobil və yaxud stasionar) tələb olunur.

Bu eksklüziv təklif və “Bakcell” şirkətinin digər sərfəli məhsul və xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində yerləşdirilib.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan “Bakcell” öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsini qurmağa nail olub. “Bakcell” müasir mobil rabitə istifadəçilərini bundan sonra da ən son, ən rahat və ən maraqlı xidmətlər ilə təmin etmək məqsədilə innovasiya sahəsində İLK-lərə imza atmağa davam edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127832

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031