Maskalılar azərbaycanlı “avtoritet”in yas mərasiminə basqın etdi

07.06.2019 - 10:36

Rusiyanın Sverdlovsk vilayətində ötən gün – iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.
BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər yayıb. Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun “Komfort” kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.
Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd “profilaktik xarakter daşıyırdı”. Onun sözlərinə görə, reydə “Rosqvardiya”nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.
“Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, “Rosqvardiya” və İstintaq Komitəsi”-Qorelıx bildirib.
Məlumata görə saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş pereparatlar aşkar edilməyənlər “profilaktik söhbətdən” sonra buraxılacaqlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128820

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930