Aksiya iştirakçılarına təzyiqlər

13.08.2018 - 18:34

Xəbər verildiyi kimi 12 Avqust 2018-ci il tarixində Nərimanov rayonu Prezident evinin yaxınlığında müxalifətin razılaşdılmamış aksiyası baş tutmuşdur. Aksiyada ve aksiyadanda öncə xüsusi fəaliyyəti ilə seçilən Azərbaycan Demokrat Partiyasının Yasamal rayonu üzrə gənclər təşkilatının sədr müavini Kazımov Azər aksiya bitdikdən sonra yol ilə gedərken partiya yoldaşlarının gözü qarşısında mülki geyimli şəxslər tərəfindən qara Niva markalı maşına basılaraq qaçırılmışdır. Hadisə şahidləri Gülşən Rüstəmova, Xəyyam İsmayılov, Zarina Mustafayeva, Cingiz Mustafayev, Elçin Məmmədov, Elşad Zeynalov və Namik Muradovun Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinə verdikləri məlumata görə Azər Kazımov qaçırılarkən onlar Azərə kömək etmək istəsələr də onu maşına basan adamlar özlərini təqdim etməkdən yayınaraq və Azər Kazımovu tez bir halda zor gücünə qaçırmışlar.
Qeyd edək ki, ADP-nin Yasamal royonu üzrə gənclər təşkilatının sədr müavini olan Kazımov Azər aksiyadan öncədə aksiyaya çıxacağı təqdirdə naməlum şəxslər tərəfindən hədələnmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128826

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031