Bütöv İnsanın Bütöv Azərbaycan quruculuğu – siyasətdə Qüdrət Həsənquliyev faktoru

28.06.2019 - 00:03

Əziz oxucu! Bir az toxta, dur! məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Cumhuriyyet.az olaraq bu dəfə cəmiyyətə pozitiv mesaj verən bir məqama toxunacayıq. Siyasi, ideoloji müstəvidə uzun müddətdir dəyişməzlik, alternativ fikir inkişafının dayanması kimi mənfi tendensiya ortadan qalxmaqdadır. Bu yazımızda da sözügedən prosesin öncülü olan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevdən bəhs edəcəyik. “Niyə məhz o?”, “O nə ilə fərqlənir?”, “Nəyə nail olacaq?” kimi sualların cavabından öncə qısa
Tərcümeyi-hal:
Qüdrət Həsənquliyev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı şəhəri Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb. 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. 2002-ci ilədək MSK-nın katibi vəzifəsini tutub. 2004-ci ildə onun rəhbərliyi etdiyi partiya Ədliyyə Nazirliyində “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası” (BAXCP) adı ilə qeydiyyatdan keçib. 2003,2008,2013,2018-ci illərdə Azərbaycan Respublikası Prezident seçkilərində iştirak etmişdir. Qüdrət Həsənquliyev 2005,2010,2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi seçkilərində Millət Vəkili Seçilmişdir. Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri və Milli Məclisinin deputatıdır. Evlidir, iki övladı var.
Siyasi mübarizədə addım-addım gedilən yol – BAXCP zirvəsi
1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən Q.Həsənquliyev Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. Əbülfəz Elçibəyin sağlıığında hələ partiyada fikirayrılıqları vardı. Hətta tərəflərin biri “klassiklər”, digəri “islahatçılar” deyə adlandırılırdı. Ancaq Əbülfəz Elçibəy buna baxmayaraq AXCP-ni bir arada qorumağı bacarırdı. Nə yazıq ki, Elçibəy ağır xəstələndi və ölümünə az qalmış AXCP-nin “klassiklər” qanadı ADP-nin qərargahında toplaşaraq partiya və Elçibəyin adından bəyanatlar səsləndirdi. 2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklar” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Əks tərəfdə – AXCP-nin “islahatçılar” qanadında təmsil olunmasına baxmayaraq, Qüdrət Həsənquliyev “klassiklər”in müşavirəsinə qatıldı və çıxış edərək partiya üzvlərini təşkilatı parçalamamağa çağırdı. Lakin kimlərinsə ölüm yatağında olan Əbülfəz Elçibəyin adından istifadə etməsi Qüdrət Həsənquliyevin birlik çağırışının real nəticəyə yol açmasına imkan vermədi. Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı. Elçibəy dünyasını dəyişəndən bir müddət sonra Qüdrət Həsənquliyev parçalanmış AXCP-nin bütövlüyü uğrunda fəaliyyətini davam etdirdi və hər iki tərəflə danışıqlar aparararaq birləşməyi, birgə qurultaya getməyi, bu zaman kim sədr seçilərsə bu seçimə sayğı ilə yanaşacağını dönə-dönə bildirdi. Ancaq ambisiyalar bu çağırışa imkan vermədi. Buna baxmayaraq hər iki tərəfdən olan cəbhəçilər Qüdrət Həsənquliyevin çağırışına səs verdi və 2002-cilin avqustun 18-də birləşdirici qurultay çağırıldı. Qüdrət Həsənquliyev AXCP-nin sədri seçildi. Hətta Ədliyyə Nazirliyi də Qüdrət Həsənquliyevin sədrlik etdiyi partiyanı-AXCP-ni dövlət qeydiyyatına aldı. Az keçməmiş ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, səfirliklər, müxalifət, hətta QHT rəhbərləri AXCP-nin bütövlüyünə qarşı çıxdılar və partiyanın qeydiyyatı ləğv olundu. Hər zaman bütövlüyü, birliyi qorumağa çalışan Qüdrət Həsənquliyev partiyanın adının Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olmağını təklif etdi. 2004-cü il aprelin 3-də BAXCP-nin qurultayı çağırıldı və qurultayda partiyanın adı yekdilliklə qəbul olundu. Bu gün BAXCP ölkənin siyası həyatında mütləq mənada nəzərə alınacaq siyasi qüvvədir. Fikrimi əsaslandırıram onunla ki, hazırda Qüdrət Həsənquliyevin sədrlik etdiyi partiya- BAXCP Əbülfəz Elçibəyin vəfatından sonra parçalanan AXCP-nin ən geniş sosial bazasını əhatə edir, üstəlik, cəmiyyətin yeni kəsimlərinə və elektoral seqmentlərinə açılmaq üçün ciddi potensiala malikdir. Məhz Qüdrət Həsənquliyevin şəxsi dünyagörüşü sayəsində BAXCP milli-demokratik siyasi idealların ən sistemli daşıyıcısı olaraq çıxış edir. Yuxarıda cavabını vəd etdiyimiz sual:
Niyə o?
Niyə ilin günün bu vaxtında nə yazı qəhrəmanının doğum günü olmadığı, nə seçki kampaniyası olmadığı bir zamanda bu şəxs haqqında yazmağa qərar verdik? Cavabın böyük bir hissəsi siyasi gündəmlə yaxından maraqlanan, olayları, təhlilləri və proqnozları an baan izləyən hər kəsə bəlli olmalıdır. Ötən prezident seçkilərindən keçən müddəti, bu müddət ərzində baş verən prosesləri bir bir göz önündən keçirin. Elə bir olay, elə bir ictimai-siyasi proses yoxdur ki, Qüdrət Həsənquliyevin həm partiya sədri, həm millət vəkili, həm də siyasətçi kimi buna çevik reaksiyası olmasın. Hakim komandada aparılan kadr islahatlarından tutmuş, qanunvericilik və idarəçilik dəyişikliklərinə, müxalifətdaxili böhranların, siyasi qarşıdurmaların aradan qaldırılmasından tutmuş, siyasi məhbus probleminə, sosial problemlərdən tutmuş məmur özbaşınalığına qədər sayagəlməz məsələlərlə bağlı məqamlarda hər zaman Qüdrət Həsənquliyevin mövqeyinə rast gəlinib. Həm də sadəcə mövqe, çıxış xatirinə yox. Bütün münasibətlərdə eyni siyasi xətt, dəyişməz prinsip, pozulmaz dəyərlər var. Çoxlarının adını çəkməyə belə cürət etmədiyi məmurla açıq döyüşə girəndə də, siyasi mübarizədə əxlaq və etika qaydalaranı car çəkəndə də, islahatların kağız üzərində qalmaması üçün yolları dillə gətirəndə də biz eyni siyasətçinin simasını görmüşük. Qüdrət Həsənquliyev bir qayda olaraq, iqtisadi və siyasi həyatda sağlam rəqabət mühitini formalaşdırılması, ölkənin idarəçilik sistemlərinin təkmilləşdirilməsi və islahatların aparılması, çoxpartiyalı parlamentin yaradılması kimi fikir və mülahizələr irəli sürür, Azərbaycanda Dövlətçiliyin qorunması, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan ideoloji mübarizədə fəal iştirak edir. O, Azərbaycanın hərbi büdcəsinin daim artırılmağa ehtiyac olduğunu, hərbi sənayesinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdən yüksək texnologiyalı silah və sursatların alınması və çoxminli peşəkar ordunun yaradılması təkliflərini dəfələrlə gündəmə gətirməklə, ölkənin təhlükəsizliyinin hər şeydən üstün olduğunu daim diqqətdə saxlamağa çalışır. Q.Həsənquliyev siyasətçidir. Onun cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti qarşılıqlı hörmət əsasında idarə etmək istəyi onu digər siyasətçilərdən fərqləndirən özünəməxsus xüsusiyyətlərindəndir. Bir sözlə, Qüdrət Həsənquliyev həm parlament üzvü olaraq, həm də partiya sədri kimi cəmiyyətdə rasional mövqenin inkişafına xidmət edir. Bax bu yazımızda, necə deyərlər “ilin, günün bu vaxtında” onu öz baxışımızdan cəmiyyətə təqdim etməyimizin, “Niyə o?” sualının cavabı bundan ibarətdir. Bunun ardınca
Nəyə nail olacaq?
sualının cavabını isə yenə də yazı qəhrəmanımızın siyasi fəaliyyətində axtarmaq lazımdır. Qüdrət Həsənquliyev bütün siyasi fəaliyyəti boyunca heç vaxt olduğu cəbhəyə və cəbhəyə qarşı da, cəbhənin içində də çirkli oyunlarda olmayıb! Əvvəlki AXC-dən ayrılan Qüdrət Həsənquliyev ayrılmağını da, ittihamlarını da əxlaq çərçivəsində edib və indi “troll” dediyimiz, onda “yurd”daş sayılanların heç birinin təhqiramiz yazılarını kinə, nifrətə, düşmənçiliyə çevirməyib! Siyasətçi üçün əsas və ilkin şərtlərdən biri – səlahiyyət və görəv yiyəsi olduğu halda, rəqiblərindən qisas almamaq! Bu Qüdrət Həsənquliyevdə var. Qüdrət Həsənquliyevin siyasi əxlaq və konstruktiv müxalifətçilik kriteriyalarına tam cavab verən fəaliyyəti, səmimi deyək, heç kimdə qıcıq, ironiya, ikrah yaratmır – nə opponentlərdə, nə də xalq kütlələrində! Qüdrət Həsənquliyev siyasi mübarizəyə Milli Azadlıq Hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. İlk növbədə siyasi səbatına görə – ölkənin iqtisadi inkişafı və siyasi sabitliyi xarici və xaricdən maliyyələşən daxili antimilli qüvvələrin pozuculuq fəaliyyəti müqabilində öz xalqının və öz dövlətinin yanında olmasına görə! Hər bir siyasətçinin öz xalqına, öz dövlətinə verdiyi, verə biləcəyi ən böyük töhfə onun siyasi-iqtisadi, ictimai-sosial sərhədlərini toxunulmaz saxlamaq məharətidi!
Qüdrət Həsənquliyevin insan kimi də, hüquqşünas kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, səmimiyyətindədir. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir. Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı; intriqant yox, barışdırıcı; istifadəçi yox, dəstəkçidir.
Folosoflardan birinin sözüdür, həyatın ifadə etdiyi məna həyatın insanın qarşısına çıxardıqları ilə deyil, insanın həyatın qarşısına çıxardığı dəyərlərlə ölçülür. Odur ki, bu günə qədər və bundan sonra həyatın qarşısına BÜTÖV İNSAN çıxmış Qüdrət Həsənquliyevin BÜTÖV AZƏRBAYCAN qurucularından olacağı şübhəsizdir.

Nəsimi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031