İcra başçısından onlarla ailəni sevindirən qərar

31.07.2019 - 23:23

Sumqayıt sakinlərinin dam örtüyü ilə bağlı narahatlığına son qoyuldu

 

Sumqayıt şəhərində 5-ci mikrorayon ev 18/132 ünvanında məskunlaşan sakinlərin dam örtüyü ilə bağlı narahatlığına son qoyulub.

Moderator.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sözügedən binanın dam örtüyünün yenilənməsi ilə bağlı sərəncam verib. İcra başçısının sərəncamından dərhal sonra  – elə bu gün binanın dam örtüyünün yenilənməsi prosesinə başlanılıb.

Dam örtüyünün yenilənməsi ilə bağlı işlərin qısa zamanda yekunlaşması nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Z.Fərəcovun SŞİH-nin başçısı təyin edilməsindən sonra şəhərdə mənzil-kommunal təsərrüfatına daxil olan və yenilənməsinə ehtiyac duyulan binaların dam örtüyünün yenilənməsi həyata keçirilib. Yüksək səviyyədə və müasir dizayn əsasında həyata keçirilən bu yenilik şəhər sakinlərinin rahatlığını təmin etməklə yanaşı, şəhərin estetik görünüşünə də xüsusi gözəllik bəxş edib.  5-ci mikrorayon ev 18/132 ünvanındakı bina isə kooperativ əsaslı olduğu üçün onun dam örtüyünün yenilənməsi üçün hər hansı vəsait nəzərdə tutulmamışdı. Buna baxmayaraq, şəhər sakinlərinin istəyini rəhbər tutan icra başçısı məlum binanın da dam örtüyünün yenilənməsinə sərəncam verərək onlarla ailəyə sevinc bəxş edib. Bu sərəncam Sumqayıt Şəhər İcra Hakimiyyətinin vətəndaş məmnunluğunun hər şeydən önəmli olduğunu vurğulayan ölkə başçısının məlum çağırışını öz fəaliyətində daim rəhbər tutduğunu və  əməli surətdə icra etdiyini göstərir.

 

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930