Almaniyada “Naxçıvan” adlı klub yaradıldı – Rəsmi qeydiyyata alındı

06.11.2019 - 15:00

Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan “AZE Nakhchivan SK” (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.

Bu barədə “Report”a Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Rəşad Quliyev məlumat verib.

O, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarət olduğunu bildirib. Quliyevin sözlərinə görə, klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır: “Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etmək istəyirik. Eyni zamanda peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyik”.

Futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak (Qanalı futbol mütəxxəsisi) klubun rəhbərinin müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs, “Araz Naxçıvan” futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib. Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

Qeyd edək ki, “AZE Nakhchivan SK” klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135982

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031