Vilyam Hacıyev Heydər Əliyev parkını kommersiya obyektinə çevirib
İmişlidə 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə
yaradılmış bir MMC-yə verilib
İmişli rayonundan redaksiyamıza şok məlumat daxil olmuşdur. Bir qrup rayon ziyalılarının imzaladığı məktub müəllifləri əvvəllər Nazirlər kabinetinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Nəqliyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmələrinə baxmayaraq onların səsinin eşidilməməsini bildirir.
Məsələ burasındadır ki, 2006-cı ildən üzü bəri İmişli ziyalılarından bir qrupu İmişli şəhərindəki parklarla bağlı cidi qanun pozuntularına yol verilərək, parkların alqı-satqı predmetinə çevrilməsi, Araz çayının mühafizə zolaqlarında və otlaq sahələrində, üzərindəki körpünün mühafizəzonasında qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi, yeraltı sərvətin talan edilməsi, vəhşi fauna və floranın məhv edilməsi və sair
qanunsuzluqlar barədə ərizə, müraciətlər və şikayətlər verib. Imişli rayon icra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a danışdığı ilginc faktları olduğu kimi diqqətinizə çatdırırıq: “2006-cı il tarixdə İmişli MRX-nın qarşısındakı Mədəniyyət və Turizm Nazirliyinin balansındaolan parkın 4 hektarını cəmi 2.5 hektar olan H. Əliyev adına parka köçürülməsi, 2 hektarını Qələbə parkı və Şəhidlər Xiyabanı cəmi 1.5 hektar olan
sahəyə köçürülməsi və beləliklə, hər iki fəaliyyətdə olan parkın inkar edilməsi, üstəlik, öz adına olan parkda heykəli
ucaldılmış Heydər Əliyevin heykəlinin xəritə cizgiyə salınmaması diqqət çəkir. Üstəlik, bu saxtakarlıqdan
2013-cü ildə edilən saxtakarlıq 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə yaradılmış bir MMC-yə verilməsi, 2006 və 2013-cü ill sərəncamlarının bir-birilərini inkar etməsi, parkda Gənclər Mərkəzi adı altında
3070 % nisbətində Şadlıq Sarayının fəaliyyət göstərməsi sizin çıxışlarınızla, tövsiyyələrinizlə uzlaşmır, daban-dabana
ziddir və korrupsiya mənbəyinin başlanğıcıdır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=13632