Azərbaycanda yeni radionun açılması üzrə müsabiqəyə iki şirkət sənəd verib

21.11.2019 - 10:58

80b3a881-50c9-4c1b-abaa-a963aeedb175Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə iki şirkət sənədlərini təqdim edib.

Bunu “Report”a MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq: “Təbii ki, maraqlananlar çoxdur. Amma rəsmi qaydada müraciət edənlərin sayı ikidir”.

Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək (şənbə və bazar günləri istisna оlmaqla) davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136903

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930