19 Yanvar mitinqi hakimiyyət də bir qədər qorxu hissi yaratdı

22.01.2019 - 20:07

Aydın məsələdir ki, 19 Yanvar mitinqi hakimiyyət də bir qədər qorxu hissi yaratdı. Buna səbəb isə mitinqə əvvəlki mitinqlərə nisbətən daha çox insan gəlməsi idi. Ciddi bir şəkildə qorxu və xof hissinin yaradıldığı bir ölkədə mitinqə əvvəlki mitinqlərə görə daha çox insan gəlibsə oturub bunun üstündə ciddi bir şəkildə düşünmək lazımdır. Düşünmək lazımdır ki bir ölkədə hakimiyyət vətəndaşların bu hakimiyyət qarşısında bir güc olmasının qarşısını almaq üçün hər şeydən istifadə etməsinə baxmayaraq necə oldu ki 19 yanvar mitinqi digər mitinqlərə nisbətən daha da izdihamlı keçdi? Bunun səbəbi çoxlarının düşündüyü və dilə gətirdiyi kimi ölkə daxili narazı kütləyə bağlı deyil. Ola da bilməz. Əgər səbəb bu olsa idi onsuzda ölkədə narazı insanların sayı xeyli miqdarda idi. Yəni narazı insanların sayı ilə əlaqəli olsa idi onda həm bu mitinqə həm də daha əvvəlki mitinqlərə yüz minlərlə adam gəlməli idi. Onda bu mitinqə ilk dəfə gələnlərin çoxu narazı insanlardan ziyadə itirməyə heç nəyi qalmamış insanlardan ibarət idi. İtirməyə heç bir şeyləri qalmadığı üçün də heç bir basqı bu insanlara geri addım atdıra bilməz.
Hamıya aydındır ki, artıq ölkəmiz də sosial partlayışın yaranması üçün bütün amillər var. Bu amillərin səbəbkarı də təbii ki vətəndaşların etirazını dilə gətirmək və haqqını tələb etmək üçün bütün legitim yolları bağlayan, vətəndaşlar üzərində ciddi şəkil də basqı qurmaqla bərabər vətəndaşların bütün haqlarını tapdalayıb böyük bir sayda itirməyə heç nəyi qalmayan kütləni yaradan hakimiyyətdir. Ancaq sosial partlayış bir çox şeyin sıradan çıxması və ölkə də böyük bir xaosun yaranması deməkdir. Bu xaos vəziyyətində də ən təhlükəli kütlə elə yuxarıda bəhs elədiyim itirməyə heç bir şeyi qalmamaqla birlikdə təşkilatlı olmayan kütlədir ki, bu kütlənin də kontrolu çox çətindir. Bəlkə də xaosun çox daha böyüməsinə səbəb olan ən böyük amillərdən bir bu kütlədir.
Yuxarıda da qeyd etdiyim kimi ölkələrdə sosial partlayışlar ona görə baş verir ki o ölkələrdə insanların itirməyə heç bir şeyləri qalmayıb. Deyə bilərsiniz ki, əgər sosial partlayışlar da hakimiyyət yenə eyni tərəflərin əlində toplanırsa nəyə görə yazınızın başında “19 yanvar mitinqi hakimiyyətdə qorxu hissi yaratdı” deyə qeyd etdiniz. Hakimiyyət qorxur ancaq təşkilatlı olan narazı kütlədən qorxduğu qədər hər şeyini itirmiş təşkilatlı olmayan kütlədən qorxmur. Ona görə daha az qorxur ki, sosial partlayış da hakimiyyətin yenidən öz əlinə keçmə nisbəti çox daha yüksəkdir ki, bunu yuxarıda tarixdə olmuş hadisələrlə dilə gətirdim. Əgər hakimiyyət təşkilatlanmış xalqdan qorxduğu qədər sosial partlayışdan qorxsa idi onda izin verərdi ki, insanlar təşkilatlansın və leqal yollar ilə etirazların dilə gətirib haqlarını tələb etsin.
Elxan Məmmədli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031