Ölkədə demokratik dəyişikləiklər üçün hamılıqla təşkilatlanmalı, dinc və kütləvi mübarizəyə inanmalıyıq

13.07.2018 - 15:49

İyul ayının 3-də Mingәçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə bütün ölkənin eyni vaxtda qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində İcra Hakimiyyəti başçısının vurulması ölkədə çox ciddi problemlərin yaşandığını, sabitliyin mövcud olmadığını, idarəetmə mexanizminin normal işləmədiyini bir daha nümayiş etdirdi.
Xüsusilə, son bir həftə ərzində Gəncə şəhərində vəziyyətin gərginləşməsi və iyulun 10-da şəhər İcra Hakimiyyətinin binası qarşısında kütləvi etiraz zamanı 2 nəfər yüksək rütbəli polis zabitinin bıçaqlanaraq öldürülməsi göstərdi ki, Azərbaycan, dəfələrlə xəbərdar etdiyimiz kimi, olduqca təhlükəli mərhələyə gətirilib. İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır.
Həm ölkədəki enerji böhranı, həm də Gəncədə yaşanan gərginlik əslində İlham Əliyev hakimiyyətinin yarıtmaz siyasətinin doğurduğu nəticələrdir. Ölkədəki iri miqyaslı korrupsiya, hakimiyyətin bacarıqsızlığı, insan hüquq və azadlıqlarının tamamilə məhdudlaşdırılması, görünməmiş həddə ədalətsizlik, haqsızlıq, insanlara öz etirazını hər hansı legitim formada ifadə etməyə imkan verilməməsi, seçki institutunun, parlamentarizmin, müstəqil məhkəmə sisteminin sıradan çıxarılması, azad mətbuatın məhv edilməsi – bütün bu siyasət məhz indiki nəticələri doğurub.
Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyətində böyük bir gərginlik, iqtidarın siyasətinə qarşı qəzəb var. Azərbaycan iqtidarı isə öz davranışı ilə nümayiş etdirdi ki, hər hansı böhranı idarə etmək qabiliyyətində deyil, siyasi qüvvə kimi tamamilə tükənib, mövcudluğunu yalnız polisin gücünə qoruyub saxlayır, xalqın qarşısında fiziki güc olaraq dayanır. Azərbaycan vətəndaşları ölkədə demokratik dəyişikləiklər üçün hamılıqla təşkilatlanmalı, dinc və kütləvi mübarizəyə inanmalı və bu məqsədlə özlərinə uyğun bildikləri istənilən demokratik qurumun ətrafında təşkilatlanmalı, rejimin demokratik yolla dəyişməsi üçün əllərindən gələni etməlidir.
Azərbaycan iqtidarı yürütdüyü siyasətin dalana dirәndiyini artıq dərk etməlidir. İndiyə qədər aparılan siyasət Azərbaycan xalqını hiddətləndirib, vətəndaşlarımız çox qəzəblidir, etirazlarını ifadə etmək üçün legitim yollar arayır, bu formada idarəçiliyin davam edə bilməyəcəyi, bu qədər hüquqsuzluğa, ədalətsizliyə, təbəqələşməyə dözmək fikrində omadığı haqda açıq mesajlar verir. Ona görə də Azərbaycan iqtidarı xalqa qarşı inad göstərməyi dayandırmalı, ölkədə dəyişikliklərin qaçılmaz olduğunu nəhayət, anlamalı və demokratik dəyişikliklər üçün ilkin addımlar atmalıdır. Bu məqsədlə siyasi məhbuslar hamılıqla azad olunmalı, mətbuat və sərbəst toplaşmaq azadlıqları bərpa edilməli, insanların ölkənin hər yerində dinc etiraz hüququ təmin olunmalı, yubanmadan seçki və məhkəmə islahatlarına başlanmalıdır. Analamaq lazımdır ki, bu tədbirlərin ləngidilməsi ölkəni daha ağır fəlakətlərə sürükləyər və bütövlükdə xalqımıza, o cümlədən iqtidar mənsublarına da baha başa gələr.

Sənan Muradov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031