Bülletenlərin DSK-lara paylanmasına başlanıb

11.12.2019 - 11:22

Bu gün dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib ki, seçki bülletenlərinin bu gün Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin seçki komissiyalarına verilməsi nəzərdə tutulur.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenlərinin seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin ediləcək.

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar 5 milyon 20 min 287 ədəd seçki bülleteni çap olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930