“Liverpul”la görüşsək, onları məhv edəcəyik” – Zinəddin Zidan

12.12.2019 - 17:36

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması barədə fikirlərini bildirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis heç bir rəqibdən çəkinmədiklərini açıqlayıb.

Qrup ikincisi kimi pley-offa yüksələn “Real” 1/8 finalda 1-ci yer sahiblərindən biri ilə görüşəcək. Madrid təmsilçisinin Çempionlar Liqasının son qalibi və Premyer Liqanın lideri “Liverpul”la üz-üzə gəlməsi də mümkündür.

Z.Zidan bu rəqib barədə iddialı açıqlaması ilə diqqət çəkib: “Livepul”la 1/8 finalda qarşılaşmağa da hazırıq. Əgər bu rəqiblə görüşsək, onları məhv edəcəyik”.

Qeyd edək ki, “Real” 1/8 finalda qrup qaliblərindən “Bavariya”, “Leypsiq”, “Yuventus”, “Liverpul” və ya “Mançester Siti” klublarından biri ilə qarşılaşacaq. Digər qrup qaliblərindən “Barselona” və “Valensiya” ilə eyni ölkə, PSJ ilə eyni qrupu təmsil etdiklərindən onlar potensial rəqib olmayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031