Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb.

21.12.2019 - 11:50

Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunan və Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb.
Qusar rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə A Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunan və Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb.
Qusar rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən reallaşdırılan “Skautlar təbiətin dostudur” layihəsinin ikinci mərhələsi həyata keçirilir.
“Skautlar təbiətin dostudur” layihəsinin işçi qrupunun formalaşdırılması məqsədilə təşkil olunan “Eko Akademiya” iştirakçılar üçün düşündüklərindən daha maraqlı başlayıb. Düşərgə ərazisinə gələn iştirakçılar nahar yeməyi yedikdən sonra açılış mərasimi baş tutub və onlar dərhal təlimlərə cəlb olunublar. Açılış mərasimində onlar günlük proqramları və layihənin gedişatı haqqında məlumatlandırılıblar.
Layihə çərçivəsində keçirilən təlimlərdən sonra hər bir iştirakçı öz rayonunda “Gənc eko-skautlar” qrupu yaradacaq. Bu qruplar da öz növbəsində təkrar emal, təbiəti tanıtmaq, ətraf mühitin mühafizəsi və digər ekoloji mövzularda maarifləndirmə işləri həyata keçirəcəklər.
Günün sonunda isə onlar axşam proqramında iştirak edərək öz asudə vaxtlarını səmərəli keçiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=139354

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031