Xanhüseyn Kazımlı Prezidentə məktub yazıb? – Özü açıqladı

10.01.2020 - 16:06

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə onun adından yayılan məktub barədə açıqlama verib.

“AzPolitika” xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında millət vəkili bildirib ki, nə özü, nə partiyası Prezident İlham Əliyevin adına belə bir müraciət ünvanlayıb:

“Biz həm partiya olaraq, həm də bir millət vəkili kimi hər zaman cənab Prezidentin kursunu dəstəkləmiş, tövsiyələrini əsas götürmüşük. Dövlət başçısının islahat kursuna sadiqik və fəaliyyətimizdə bu tezisləri əsas götürürük. Yayılan müraciətə gəldikdə isə, o saxtadır, kimlərsə tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılıb. Həmin müraciətin şəklinə diqqətlə baxanda orda fotoşopun izlərini aydın şəkildə görmək olur. Göründüyü kimi, orda nə imzamız, nə də möhürümüz var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031