Xədicə İsmayıl həbs olunur
“Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə
İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat
yayıb. Məlumatda deyilir ki, təqdimata Sabail Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayıl məhkəməyə aparılıb. Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir.
Xədicə İsmayıl ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib. Bu il fevralın 17-də Xədicə İsmayılova “Feysbuk” şəbəkəsində Milli
Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal
edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus
yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada
yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.
Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair
İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət
sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14198