Gəncə Dövlət Universitetində online-virtual dərslər keçilir

15.04.2020 - 14:02

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan karantin və məzuniyyət günlərində ali məktəblərin yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə respublikamızın əksər universitetlərində olduğu kimi Gəncə Dövlət Universitetində də distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər keçilir .

Universitetdə onlayn dərslərin tədrisi tələbələrin tədrisdən geriləməməsinə xidmət edir. Respublikamızın ali təhsil məkanında bu cür tədris prosesi ilk dəfə olaraq tətbiq olunur. Bu distant təhsil texnologiyası olmaqla, tədrisin məsafədən təşkilidir və Gəncə Dövlət Universitetinin facebook səhifəsi üzərindən, eləcə də youtube sosial şəbəkəsi üzərindən yayımlanır. Keçilən bu dərsləri canlı baxışdan əlavə, sonrakı vaxtlarda da izləmək və qulaq asmaq mümkündür. Məlumat üçün qeyd edək ki,Azərbaycan ali təhsil sistemində hələ indiyə qədər belə bir təşviqat kompaniyası keçirilməmişdir. Artıq valideyin “evdəqal” kampaniyasına uyğun olaraq öz övladları ilə birgə bu dərsləri izləyir və görür ki,onun övladına kimlər dərs keçir. Əlbəttə,canlı keçilən bu dərslər böyük məsuliyyət tələb edir.

Bu günlərdə təsadüfən youtube sosial şəbəkəsi üzərindən birbaşa canlı yayımda belə dərslərdən birinə rast gəldim. Mühazirəçi Gəncə Dövlət Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov idi. Mövzular “Elektrik təhlükəsizliyi məsələləri” və “Şüalanmalardan mühafizə məsələləri” idi. Bu mövzular diqqətimizi cəlb etdi. Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik tədqiqatların, radioloji müalicə praktikasının sürətli inkişafı ilə əlaqədar olaraq hər bir ziyalının həm elektik zədələnmələrinin,həm də zərərli şüalanmaların mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə üsullarını öyrənməsi zəruridir. Geniş oxucu auditoriyasının marağını nəzərə alıb hər iki dərsin videosunu yayımlamaq qərarına gəldik.

DOSYE.ORG

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031