Qazax həqiqətləri: rəhbər-xalq birliyi gerçək təsdiqini tapıb

13.05.2020 - 18:05

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Qazax rayonu və rayon rəhbərliyi üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı” dərhal hiss olunur. Uzun müddət Qazax rayonunda rəhbərliyi gözdən salmaqla rayon rəhbərliyinə iddialı olan şəxslər, yekunda ağır məğlubiyyətə uğrayaraq Qazaxdan rədd olub getdilər. İndi də uzaq məsəfələrdən çirkin niyyətləri üçün istifadə etdikləri dost-aşnalarını yenidən səfərbər ediblər ki, bəlkə heyf çıxa bilsinlər. Əslində ölkə boyu bütün sayt və digər KİV-lər yaxşı fərqindədirlər ki, Qazaxda böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs, yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, İsmayıllı haqqında uydurmalara baş qoşmurlar.
Bir müddət öncə Qazax rayonu haqqında tərif dolu materiallar dərc edən sayt və portallar, imza sahibləri qəflətən rayonu pisləyəcək yazılar tirajlamağa başlayıblar. Qəribədir. Əcaba nə baş verdi ki, belə qənaət hasil etdiniz? Yazırsınız ki, Qazaxda narazılıq, korrupsiya var. Buna sübut göstərmək lazımdır. Ortada sübut olanda həmin cızma qara daha möhtəşəm oxucu kütləsi toplaya bilir. Əgər bu yoxdursa, deməli, ağ yalandır, qara piardır. Bəs son illərdə rayonda aparılan quruculuq, abadlıq işlərini nədən görməzdən keçirsiniz? Bəs harda qaldı ədalət hissi? Bəs harda qaldı jurnalist tərəfsizliyi? Niyə demirsiniz ki, Qazaxda asfaltlanmamış küçə barmaqla sayılası sayda qalıb? Yoxsa bunları da sizin qərəzli yazılarınızın sifarişçiləri edib? Axı bu şər-böhtanlarla dolu yazılarınızla ilk növbədə öz nüfuzunuza zərbə vurursunuz.
Bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda paytaxt Bakı ilə yanaşı ölkənin regionlarının da inkişafına şahidlik etməkdəyik. Artıq elə rayonlarımız var ki, onlar infrostruktur və sosial layihələrin həyata keçirilməsi baxımından əyalət guşəsi olmaqdan çıxaraq Azərbaycanın ən görməli məkanlarından birinə çevrilib. Bu baxımdan Qazax rayonu xüsusilə fərqlənir. Özünün xüsusi ənənələri olan Qazax hazırda dinamik tərəqqi dövrünü yaşayır. Rəcəb Babaşovun rayona rəhbər təyinatından sonra isə Qazax sözün müsbət mənasında dəyişmiş, ard-arda reallaşdırılan sosial-iqtisadi layihələr nəticəsində təmsil etdiyi bölgənin seçilən məntəqəsinə çevrilmişdir. Əhalinin məşğulluq probleminin həlli, sahibkarlığa dəstək verilməsi, aztəminatlı ailələrin xüsusi diqqətdə saxlanması və s. Qazax RİH başçısı Rəcəb Babaşovun xüsusi önəm verdiyi, həssaslıqla yanaşdığı mövzulardır. Görünür, elə bunun nəticəsidir ki, Rəcəb Babaşov bu gün bütün qazaxlıların dəstəyini hiss edir, rayon ictimaiyyəti tərəfindən təkcə rəhbər şəxs kimi yox, həm də İNSAN olaraq sevilir.
Amma təəssüf doğuran hal odur ki, sanki hansısa qərəzli və xüsusi məqsədlər güdən qrup Qazax RİH başçısı Rəcəb Babaşovun uğurlu fəaliyyətinə kölgə salmaq, müxtəlif qərəzli fikir və açıqlamalarla həyata keçirilən böyük işləri kiçiltməyə uğursuz cəhdlər edir. Heç bir fakt və dəlil göstərmədən Qazax rayonunda aparılan müsbət işlərə kölgə salmağa çalışan bu şəxslər unudur ki, qazaxlılar onların dərdinə yananı da tanıyır, qıraqdan özünü yalandan canıyanan kimi göstərənləri də. Hər bir qazaxlı Rəcəb Babaşovun gəlişindən sonra rayonda hansı işlərin görüldüyündən xəbərdardır.
Rayon ictimaiyyətinin bildirdiyi kimi, rayonda korrupsiya və rüşvətə “yox!” deyilib. Məqsədli şəkildə süründürməçiliyə də son qoyulub. Xırda bir arayış üçün idarə, müəssisə qapılarını dəfələrlə döyəcləmək yox səviyyəsindədir. İşsizlik problemi də günbəgün aradan qaldırılır. Şəhid ailələrinə, məcburi köçkün, qaçqın, Qarabağ əlillərinə, tənha qocalara, kimsəsizlərə rayonda hərtərəfli qayğı göstərilir, hər bir ərizə və təkliflərinə diqqətlə yanaşılır.
Qazax gəncləri də hər zaman icra başçısı Rəcəb Babaşovun nəzərindədir. “Açıq qapı” günlərini günün istənilən vaxtında keçirən Babaşov vətəndaşların ərizə və şikayətlərini gecikmədən cavablandırır. Qanunda ərizə və şikayətlərə uzağı 30 gün müddətində baxılması müəyyənləşdirildiyi halda, Babaşov 2, uzağı 3 günə cavab verir. Həm də Babaşov kəndbəkənd gəzərək hər bir vətəndaşı yerindəcə dinləyir, çatışmayan nəsə bir problem yarandıqda tezliklə həll edilməsinə çalışır.
İcra başçısı Babaşov icra aparatına gətirdiyi kadrların əksəriyyətini gənclər təşkil edir. Sağlam əqidəli gənc kadrlar icra başçısının xətti ilə rayon sakinlərinin arasında olur, sakinlərin sorğu və istəklərini yerində cavablandırırlar. Bu da məmur və vətəndaş bağlılığını sübut edir.
Rayonun sərhəd kəndləri də hər gün demək olar ki, Rəcəb Babaşovun gəzinti sahəsinə çevrilib. Yerli sakinlərlə görüşür, problemlərinin həllinə çalışır, mənfur düşmənlərimzlə daban-dabana dayandıqlrı üçün onlara səmimi arzularını bildirir.
Babaşovun bu enerjisinə, möhkəmliyinə, canıyanıcıllığına və iradəsinə görə həsəd aparan qazaxlılar belə bir insanın ətrafında sıx birləşiiblər. Babaşov qazaxlılar üçün doğma bir vətəndaşa çevrilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146592

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930