Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı RƏSMİ AÇIQLAMA
31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.
Qazet.az xəbər verir ki, bu, pandemiya dövründə ən yüksək göstərici hesab edilir.
Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.
“Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur”, – deyə İbrahim Məmmədov qeyd edib.
Son zəng tədbirlərinin təşkil edilib-edilməməsinə münasibət bildirən İbrahim Məmmədov bununla bağlı da rəsmi qərarın olmadığını deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=147643