Ceyhun Məmmədov:Prezident Tərtər İdman Olimpiya Komplekqsinin açılışında bir çox vacib məqamlara toxundu – VİDEO

06.06.2020 - 13:06

Prezident İlham Əliyev Tərtər İdman Olimpiya Komplekqsinin açılışında bir çox vacib məqamlara toxundu.

Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə bir sıra vacib məqamlara toxundu, konseptual yanaşmasını ortaya qoydu. Məşhur bir fikir var tarix millətlər və dövlətlər ondan nəticə çıxarmadıqda təkrarlanır.

Millət vəkili Ceyhun Məmmədov “Yeni Gündəm” ə açıqlama verərək bildirdi ki, Prezident Xalq Cümhuriyyəti ilə bağlı məsələyə artıq bir neçə dəfədir toxunur. Ancaq burada məqsəd o dövrdə cərəyan edən hadisələrin fonunda bu gün baş verən hadisələri təhlil etmək və lazım olan nəticələri çıxarmaqdır.

Bu gün burada bizimlə bu zalda əyləşən eləcə də, elmi müəssisələrimizdə çalışan dəyərli tarixçi alimlərimizin o dövrlə bağlı xüsusi əhəmiyyət kəsb edən araşdırmalarının olmasını qeyd etməklə yanaşı bir sıra məqamların üzərində xüsusi durmaq istəyirəm. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı bir neçə mühüm sərəncamı olub.

Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Cümhuriyyətin irsinin öyrənilməsi ilə bağlı mühüm qərarlar qəbul etmiş və sərəncamlar imzalamışdır. 2018-ci il ölkəmizdə Xalq Cümhuriyyəti ili elan edilmişdir. Silsilə tədbirlər keçirilmişdir. Etiraf etməliyik Cümhuriyyət dövründə cərəyan edən hadisələrr ölkəmizdə tam arşdırılmayıb.
Prezidentin çıxışını yanlış istiqamətdə şərh etməyə cəhd edənlər oldu. Ancaq tarixi reallıqları deməkdən də çəkinməməliyik. Bəli Cümhuriyyət çox ağır tarixi bir şəraitdə o insanların böyük fədakarlığı nəticəsində quruldu. Daxili və xarici təzyiqlər çox idi. Xalq Cümhuriyyəti ermənilərin Azərbaycana qarşı iddialarının qarşısını almaq və gələcəkdə bu kimi iddiada olmamaları üçün bu addımı atdılar.

Ancaq ermənilər iddialararına son qoydularmı?

Əksinə sonrakı illərdə də müxtəlif iddialarla çıxış etdilər və 88-ci illərdən başlayaraq Dağlıq Qarabağın işğalı məqsədilə Azərbaycanlılara qarşı iddialar səsələndirməyə başladılar. Bu gün də onlar yeni arzu və iddialarla yaşayırlar. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu cəhdlərin qarşısı alınacaq. Bütün bunlar bizdən o dövrlə bağlı araşdırmaların dərin aparılmasını və yeni tədqiqatların ortaya qoyulmasını tələb edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147829

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930