Ceyhun Bayramov: “XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”
“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub”.
APA-nın məlumatına görə, bunu bu gün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Azərbaycan Ordusu əks-həmlə tədbirləri görüb: “Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=155020