“Düşmən Naxçıvana hücum edəcək ki…” – Zülfüqarov Ermənistanın məkrli planından danışdı

05.10.2020 - 15:48

Ermənistan bir neçə günə Naxçıvanı hədəf alıb, Türkiyəni də münaqişəyə cəlb etməyə çalışacaq”

Bu sözləri Sfera.az açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

 

Diplomatın sözlərinə görə, düşmənin bu təxribatını önləmək üçün beynəlxalq hərbi-diplomatik nümayəndələrin atəş açılan bölgələrə müntəzəm səfərlərini təşkil etmək vacibdir:

“Ermənistan istəyir ki, onların Ermənistan ərzilərindən açdıqları atəşə biz tərəfdən cavab atəşi açılsın və hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Təşkilatına müraciət etsinlər. Onlar istəyirlər ki, bu döyüşləri birbaşa Naxçıvan bölgəsinə də köçürsünlər. Düşmənin məqsədi ondan ibarətdir ki, Türkiyə Naxçıvan bölgəsinin müdafiəçisi olduğu üçün onları da məsələyə cəlb etsinlər.

 

Hesab edirəm ki, onlar bir neçə günə bu addımı atacaqlar. Bununla da ermənilər dünyaya haray çəkəcək ki, Ermənistanı dağıdırılar və s.

Biz bu yalanı ifşa etməliyik və tam gücü ilə cavab verməliyik. Görməli olduğumuz iş atəş açılan yerlərə hərbi diplomatik nümayəndələrin səfərini təşkil etmək və Ermənistan təxribatını beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930