Azərbaycanın Avropa çempionatı üçün namizədliyi irəli sürülüb

17.10.2020 - 15:22

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Azərbaycan Milli Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videokonfransa qitə təşkilatının İcraiyyə komitəsinin üzvləri, o cümlədən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Hakimlər komitəsi və Təşkilatın komitəsinin rəsmiləri qatılıb. Pandemiyanın Avropa ölkələrində geniş yayılması səbəbindən, 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempionatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

2021-ci ilin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156232

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930